Qoşulmama Hərəkatı hər zaman Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib
04.07.2022 [17:08]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursu çoxvektorlu və praqmatik xarakter daşımaqdadır. Milli maraqlara söykənən bu kurs nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilatdaxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bununla yanaşı, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizin paytaxtında keçirilir ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri olduqca yüksək səviyyədədir.
Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatı ailəsinin sıralarına 2011-ci ildə qoşulub. Hərəkatın bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Buna görə də Azərbaycan-Qoşulmama Hərakatı münasibətləri kifayət qədər uğurlu alınıb. Qoşulmama Hərəkatı ərazi bütövlüyü məsələsində daim Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyib, həmçinin Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək göstərib. Yeri gəlmişkən, iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxış edən Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq: "Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi".
Prezident İlham Əliyevin ifadə etdiyi kimi bu beynəlxalq quruma üzv olduğu gündən yüksək fəaliyyəti ilə seçilən Azərbaycanla üzv ölkələr arasında mühüm siyasi, iqtisadi əməkdaşlıq platforması yaranıb. Vurğulanmalıdır ki, Qoşulmama Hərəkatının 2011-ci ildən Zəfər gününə qədər keçirilən bütün mühüm toplantılarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Belə ki, 2012-ci ildə Hərəkatın Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında, 2012-ci ildə Tehranda keçirilən 16-cı Zirvə Görüşündə, 2014-cü ildə Marqarita Sammitində, 2018-ci ildə 4-6 aprel tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədində, 2019-cu ilin 18-21 iyul tarixlərində Hərəkatın Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində baş tutan növbəti iclasında qəbul edilmiş Karakas Yekun Sənədində Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tam dəstək ifadə olunub.
2019-cu ilin 25-26 oktyabr tarixlərində keçirilmiş Bakı Sammiti isə Qoşulmama Hərəkatı ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynayıb. Belə ki, Sammit zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə ediblər və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsi üçün danışıqları davam etdirməyə çağırış olunub.
Bundan başqa, Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosu 2020-ci ilin aprelin 4-də “Azərbaycan Respublikasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı Kommunike” qəbul edib. Sənəddə ərazilərin güc yolu ilə ələ keçirilməsinin qəbuledilməz olduğu vurğulanıb və heç bir dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni olaraq hesab etmədiyi bir daha təsdiqlənib. Kommunikedə Hərəkata üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “prezident və parlament seçkiləri”ni tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri bəyan edilib.
Bu beynəlxalq qurum, Vətən müharibəsi günlərində də Azərbaycanın yanında yer aldı. Qoşulmama Hərəkatı birmənalı şəkildə Azərbaycanın haqq mübarizəsinə dəstək verdi. Hərəkatın üzvü olan ölkələr ayrı-ayrılıqda Prezident İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycanın haqq mübarizəsində yanımızda olduqlarını qeyd etdilər. 2020-ci ilin oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının toplantısında Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın əleyhinə bəyanatın qəbul olunmasına imkan verməməklə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu təsdiqləyir. Prezident İlham Əliyev də tədbirdə çıxışı zamanı bildirdi ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik: "Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq".
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

