Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var
22.07.2022 [18:29]
Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Ekspertlər xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ilə ciddi maraqlanırlar. Əlbəttə, bu problem hər iki tərəf üçün ciddi surətdə aktuallığını saxlayır.Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dinamikasına iki aspektdə baxmaq daha doğru olardı. Onlardan biri tərəflər arasında "Şərq Tərəfdaşlığı" proqramına uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur. Digəri isə Brüsselin Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanla ikitərəfli əlaqələrinin inkişafı ilə bağlıdır.
Azərbaycanla Avropa İttifaqı arasında strateji kommunikasiya sahəsində əlaqələrdə inkişaf vardır.Tamamilə doğrudur, ancaq bu, əsas olaraq Azərbaycanın atdığı addımlar hesabına olub və indi də bu yöndə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli bir addımı ilə sözün əsl mənasında dünyanı heyrətləndirdi. BMT, Aİ, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və başqa güclər Dağlıq Qarabağ münaqişəsi ətrafında özlərinə sərf edən oyunlar qurmaqda davam etdikləri bir zamanda Azərbaycan BMT-nin məlum qətnamələrini və Aİ-nin qəbul etdiyi sənədlərdə vurğulanan müddəaları təkbaşına həyata keçirməyə başladı. Ali Baş Komandanın çox uğurlu fəaliyyəti, ordunun yüksək peşəkarlığı, cəmiyyətin sıx birliyi sayəsində cəmi 44 gün müddətində Ermənistan ordusu darmadağın oldu. Proseslərin geosiyasi və informasiya tərəfləri Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin yeni səviyyəyə keçməsində daha böyük rol oynadı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasət, diplomatiya, hərb meydanı və informasiya istiqamətlərinin hər biri üzrə dünya səviyyəsində yetkinlik, ədalətlilik, çeviklik, strateji düşüncə, qətiyyət və praqmatik addımlar nümayiş etdirdi. Azərbaycan Cənubi Qafqazla yanaşı daha geniş miqyasda regional əməkdaşlıq, enerji və nəqliyyat təhlükəsizliyi və strateji kommunikasiya sahələrində aparıcı rol oynamaq statusuna yüksəlib. Belə ki, əldə edilən razılaşmalara görə, regionda kommunikasiya xətlərinin açılması və müxtəlif beynəlxalq layihələr çərçivəsində region dövlətlərinin iştirakına ciddi əhəmiyyət verilir.
Hazırda Avropa İttifaqı Azərbaycanla münasibətlərə daha çox önəm verir. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra da vurğulayırdı ki, rəsmi Bakı Avropa İttifaqı ilə yeni sazişin imzalanmasına maraqlıdır. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Avropa İttifaqı üzvləri olan bir sıra ölkələrlə əməkdaşlığı inkişaf etdirib.Nəqliyyat dəhlizlərinin fasiləsiz işləməsini təmin edən addımlar atılıb. Nəhayət, strateji kommunikasiya üçün böyük əhəmiyyəti olan Zəngəzur dəhlizinin açılması üçün siyasi qətiyyət, iqtisadi iradə və tam hazırlıq nümayiş etdirilib.Azərbaycanla Avropa İttifaqı arasında keçirilən görüşlərdə rəsmi Bakının konkret layihələr üzrə təkliflər verməsi maraqlıdır. Bu onu göstərir ki, Azərbaycan rəhbərliyi üçün Avropa İttifaqı ilə əlaqələr xarici siyasətin prioritetləri sırasına daxildir.Əminliklə demək olar ki, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaradıb.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

