/ / Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməlidir
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməlidir
01.08.2022 [13:11]
Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmiş və çıxışında yerli icra orqanları üçün prioritetlərin müəyyən olunması baxımından mühüm yol xəritəsi müəyyən etmişdir. Prezident İlham Əliyev yeni təyin olunan icra hakimiyyətlərinin başçılarını qəbul edərkən yerli icra orqanları üçün prioritet məsələləri bir daha ictimai formada bəyan etdi və bildirdi ki, ölkəmiz sürətlə inkişaf edir, idarəetmə sahəsində çox ciddi islahatlar aparılır və təmizləmə işləri həyata keçirilir. Hansısa dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, işlərində nöqsana yol verirsə, qanunsuz işlərlə məşğul olursa cəzalandırılacaq. Çünki belə məmurlar bizim uğurlu inkişafımıza kölgə salır və dövlətimizin əsaslarını sarsıdır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə, verdiyi tövsiyələrə bütün məmurlar əməl etməli, ilk növbədə, rayonlarda mövcud nöqsanları aşkar etməli və aradan qaldırmalıdır.
Ümumiyyətlə, son illərdə ölkəmizin bütün bölgələrində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş və insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır. İstər elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, istərsə də, sosial infrastruktur layihələri uğurla icra olunmuşdur. Hər bir rayonumuzun sosial-iqtisadi inkişafına böyük töhfə olan müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Bütün bu infrastruktur layihələri iş yerlərinin yaradılmasında da xüsusi əhəmiyyət kəsb etmişdir.
Ötən dövr ərzində yol verilən neqativ hallar, kənd təsərrüfatı torpaqlarının qanunsuz zəbt olunması, tikinti normalarının pozuntusu kimi məsələləri xüsusi vurğulayan dövlət başçısı icra orqanları qarşısında ciddi vəzifələr qoydu. Son vaxtlar korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində icra başçıları və digər yüksək vəzifə daşıyan dövlət məmurları cəzalandırılmışdır. Hər bir məmur başa düşməlidir ki, mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcəkdir. Bütün dövlət məmurları insanlarla təmasda olmalı, onların problemləri, qayğıları ilə maraqlanmalı və köməklik etməlidir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallığa uyğun olaraq, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və iştirakçılarına dövlət tərəfindən xüsusi diqqət göstərilir. 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşınları verilmişdir ki, bu proses bugün də davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Dövlətimiz öz üzərinə düşən vəzifəni icra edir. Əsas odur ki, rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, daim onların yaşayışı, məşğulluğu ilə maraqlansınlar. Çünki biz bu Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edərək, sağlamlığını itirərək, Vətənimizi erməni işğalçılarından xilas ediblər. Ona görə hər bir dövlət məmurunun borcudur ki, onlara dayaq olsun. Şübhəsiz ki, hər bir dövlət məmuru xalqa xidmət etməli və insanların məmnunluğunu qazanmalıdır. Çox təəsüf ki, bəzi hallarda təyin olunmuş dövlət məmurları ölkə başçısının etimadını doğrultmurlar və ona görə onların barəsində ciddi tədbir görülür. Cənab Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayır ki, xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsipləri məmurların əsas həyat və fəaliyyət normasına çevrilməlidir. Dövlətimizin başçısı bu məsələlərdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirmişdir. Heç kim qanundan üstün ola bilməz, hazırda korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır və bu hər bir dövlət məmuru üçün dərs olmalıdır.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

