Ermənistan sülhdən yayınmaqla acınacaqlı durumunu daha da ağırlaşdırır
16.08.2022 [17:13]
Vətən müharibəsindəki şanlı qələbədən sonra Azərbaycan yenə də humanist addımlar atmaqla Ermənistanı sülhə dəvət edərək, ona düşdüyü acınacaqlı durumdan qurtuluş yolunu göstərməsinə baxmayaraq, separatçı rejim və revanşist qüvvələr haqq yolundan yayınmağa cəhdlər edir, məkirli niyyətlərini reallaşdırmaq məqsədilə təxribatlar törədərək rəzil vəziyyətlərini daha da pisləşdirirlər.
Prezident İlham Əliyev bütün çıxışlarında erməniləri çirkin əməllərdən, təxribatlardan yayınmağa çağırmaqla, sülh müqaviləsinin bağlanmasının həm Ermənistan, həm də region üçün əhəmiyyətli olduğunu dəfələrlə vurğulamasına baxmayaraq, Ermənistan rəhbərliyi hər vəchlə sülhdən yayınır, hələ bu azmış kimi, Azərbaycan torpaqlarında saxladığı qanunsuz silahlı birləşmələri vasitəsilə təxribatlar da törədir. Beləliklə, 10 noyabr Bəyanatında üzərinə düşən öhdəlikləri yerinə yetirmir.
Prezident İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsində bir daha erməni xalqına mesaj ünvanlayaraq vəziyyəti düzgün təhlil etmələrini tövsiyə etməsi, əzəli torpaqlarımız olan Laçına, Zabuxa tezliklə qayıdacağımızı diqqətə çəkərək, Ermənistana avqustun sonuna kimi vaxt verildiyini qeyd etməsi, Ermənistan üçün seçim etməyə son şans deməkdir.
Prezident İlham Əliyev Ermənistana bir yol xəritəsi ilə bağlı açıqlamalar verməklə, Ermənistanın sülh prosesini uzatmağının birinci növbədə özlərinə ziyan vuracağını bildirməsi humanist addım olmaqla bərabər ciddi bir həyəcan siqnalıdır. "Ermənistan verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil və yaxud da arzusunda deyil. Ermənistan bunun əvəzini daha ağır ödəyə bilər. Hazırki fürsətləri qaçırmaq Ermənistana böyük faciələr yaşada bilər” ifadələri avantüra ilə yaşayan erməni xainlərinə ölkə rəhbərinin son xəbərdarlığıdır. Dövlət başçısı qətiyyətli mövqeyini torpaqların imzalanan sənədə uyğun olaraq boşaldılmasını təmin etmə məsələsində də göstərdi. Verilən vaxt ərzində boşaldılmasa, Azərbaycan Ordusu yeni zərbə ilə ərazilərimizdəki qanunsuz hərbi birləşmələri darmadağın edəcək. Buna heç kim qarışa bilməz, çünki bura Azərbaycan torpaqlarıdır və suveren torpaqlarımızda öz hüquqlarımızı gerçəkləşdiririk. Bundan başqa, ortada imzalanmış sənəd var və Ermənistanın burada yer alan şərtlərdən qaçmağa imkanı yoxdur. Belə bir vəziyyətdə Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri gözardı etməsi problem yaradır. Qeyd edək ki, hələ ermənilər gələcək sülhə əsas verəcək davranış sərgiləmirlər. Onlar evləri, meşələri yandırıb çıxırlarsa, bu onu göstərir ki, başqa islah yolu yoxdur, ancaq onları "dəmir yumruq"la başa salmaq mümkündür. İdeoloji cəhətdən zəhərləndiklərinə görə, mədəni çağırış və tələblər onların beyinlərinə çatmır. Prezident Ermənistanı gözləyən təhlükələr barədə bir daha onlara xatırlatma etdi. Bildirdi ki, bunun cavabını Azərbaycan istənilən variantlarda verməyə hazırdır, burada uduzan tərəf yenə Ermənistan olacaq.
Yeri gəlmişkən, ermənilər mövcud vəziyyəti dərk etməli, aldıqları dərsdən nəticə çıxarmalı, separatçı dəstələri və hərbi birləşmələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. 2020-ci ilin 10 noyabr Bəyanatında yer alan şərtlərə əməl olunmasının vacibliyi həm Azərbaycan, həm də Rusiya tərəfindən qeyd olunmasına baxmayaraq Ermənistan tərəfi bu günə qədər əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməyib. Ermənistan təxribatçı mövqeyində qalmaqla bütün hallarda özünü oda atır. 2020-ci ilin sentyabrına qədər Azərbaycan Ermənistana şans verməklə, münaqişəni dinc yolla tənzimləməyə çalışırdı. Lakin Ermənistan Azərbaycanın bu mövqeyini düzgün qiymətləndirə bilmədi və nəticədə 2020-ci ilin payızında olduqca ağır məğlubiyyətə uğradı və Ermənistan ordusu darmadağın edildi. Buna baxmayaraq kapitulyasiya aktı imzalayan Ermənistan təxribatçı mövqeyində qalmaqda davam edir. Erməni təxribatına cavab olaraq Azərbaycan "Qisas" əməliyyatı keçirdi. Bu cəza tədbiri ilə ordumuz Ermənistanı növbəti dəfə məğlubiyyətə uğratdı, bir neçə strateji yüksəkliyi nəzarətə götürdü. Azərbaycanın hərbi mövqeləri əhəmiyyətli dərəcədə güclənmişdir. Ermənistan reallığa uyğun davranmalıdır: "Erməni separatçıları bizim ərazilərdə təxribatlar törədərək ümid edirdilər ki, indiki şəraitdə Azərbaycan genişmiqyaslı cavab tədbirləri görməyəcək. Amma Azərbaycan artıq iki dəfə, Fərrux yüksəkliyi ətrafında və Laçında törədilmiş təxribatla əlaqədar cavab tədbirləri həyata keçirdi. Bununla da ermənilərin gözləntiləri puç oldu. Artıq onlar dərk edirlər ki, heç bir manevr imkanları mövcud deyil". Avqustun 5-nə qədər Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldılmalı idi. Lakin ermənilərin Azərbaycana müraciəti əsasında onlara avqustun axırına kimi vaxt verilib. Bu ayın sonuna kimi ermənilər Laçın şəhəri və ətraf kəndləri boşaltmalıdırlar. Prezident İlham Əliyev sərt şəkildə xəbərdarlq etməklə Ermənistana reallığı bəyan edir ki, proseslər Azərbaycanın maraqlarına uyğun davam edir. Azərbaycan özü üçün elə bir şərait formalaşdırıb ki, hər hansı məsələni dərhal həll etmək imkanındadır: "Artıq bizim üçün zamana ehtiyac yoxdur. Azərbaycan avqustun axrına kimi vaxt verib, ondan sonra Laçın dəhlizini tam nəzarətə götürəcək.
Belə olan halda Xankəndi ilə Ermənistan arasında əlaqənin necə qurulacağı erməniləri ciddi düşündürməlidir. Azərbaycan Prezidentinin sərt xəbərdarlığı ermənilər üçün ciddi mesajdır. Prezident İlham Əliyevin xəbərdarlığına məhəl qoymayacaqları təqdirdə Ermənistanın aqibətinin acınacaqlı olacağı qaçılmazdır".
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41

