Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xəzər rayonunda şəhidin xatirəsi anılıb

Xəzər rayonunda şəhidin xatirəsi anılıb

18.08.2022 [17:02]

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Elçin Əliməmmədov Mehman oğlunun doğum günü münasibətilə avqustun 18-i Zirə qəsəbəsində məzarı ziyarət edilmişdir. Şəhidin ailəsi və yaxınları, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov anım tədbirinə qatılıb. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov şəhidlərimizin xatirəsini yad edərək, 44 günlük Vətən Müharibəsində xalqımızın və Ordumuzun Ali Baş Komandanımızın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq və şücaətdən, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışmış və şəhidin ailəsinə səbr diləmişdir. Daha sonra kəndin Şəhidlər Xiyabanında şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Şəhidin ailəsi və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, əsgər Elçin Əliməmmədov Mehman oğlu 07 oktyabr 2020-ci ildə Füzuli rayonu Horadiz kəndi istiqamətində düşmən həmləsinin qarşısını alarkən şəhid olmuşdur.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31