/ / Azərbaycan və Gürcüstan arasındakı yüksək səviyyədə qurulan əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək
Azərbaycan və Gürcüstan arasındakı yüksək səviyyədə qurulan əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək
28.10.2022 [15:39]
Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçmişdir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 30 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqımızın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Gürcüstanla münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişaf etdirilməsini mühüm vəzifə kimi qarşıya qoydu və həmin dövrdən başlayaraq Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olan qardaş Gürcüstanla ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Gürcüstan-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıbdır və bu gün bizim birgə təşəbbüslərimiz beynəlxalq əhəmiyyətə malikdir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər mütəmadi qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24- də Gürcüstana işgüzar səfər edib. Bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri zamanı mətbuata bəyanatla çıxış edərək, Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin çox dərin ənənələr üzərində quruduğunu və bu səfərin bu münasibətlərə yeni təkan verəcəyini qeyd etdi.
Dövlət başçımız çıxışında iki ölkə arasında reallaşan bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıdığını vurğaulayıb. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətə toxunaraq, Azərbaycanın niyyətinin sülh müqaviləsinin imzalanmasından ibarət olduğunu bildirib.
Cari ilin 9 ayında iki ölkə arasında olan qarşılıqlı ticarət dövriyyəsinin artaraq bir milyard dollara yaxınlaşması olduqca sevindirici haldır. Eyni zamanda, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr iki ölkə arasında olan əməkdaşlığı daha da gücləndirir.
Prezident İlham Əliyev həyata keçiriləcək yeni layihənin elektrik enerjisi ilə bağlı olduğunu və Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda Gürcüstanla Azərbaycan arsında yükdaşımaların həcminin ildən-ilə artdığını, cari ildə yükdaşımaların həcminin 75 faiz olduğunu qeyd etdi.
Azərbaycan və Gürcüstan arasındakı son illər yüksək səviyyədə davam edən əməkdaşlıq iki ölkəyə böyük uğurlar gətirəcək, aralarında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı olacaq konkret planlara və qərarlara əsaslanır. Bu əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

