Həmrəylik və milli-mənəvi birlik müstəqilliyimizin simvoludur
27.12.2022 [11:07]
31 dekabr 1989-cu il tarixindən bizi 33 il ayırır. Azərbaycanın ən yeni tarixinə "Sərhəd hərəkatı"nın baş verdiyi gün kimi daxil olan həmin gün indiki yaşlı və orta nəslin hafizəsində dərin iz buraxıb. Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Sovet İttifaqının Azərbaycan SSR ərazisindəki İran və Türkiyə ilə dövlət sərhədi yüz minlərlə Azərbaycan oğul və qızının sel gücü ilə bir gündə aradan qaldırılmışdı.
Bu günü rəsmiləşdirən, xalqın tarix səlnməsinə öz imzası ilə həkk edən isə Ümummilli Lider Heydər Əliyev oldu. Onun imzası ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi ən yeni tariximizə qızıl hərflərlə yazıldı.
İndiki məqamda Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi məqam kimi xarakterizə olunur. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan bu tarixi gün Azərbaycan xalqının bütövlük, milli-mənəvi dəyərlərə sadiqlik, Vətən naminə mücadilədə sadəqət andının fəlsəfi əsasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul ediləndə hələ SSRİ-nin qılıncının dalı da, qabağı da kəsirdi. Məhz onda- SSRİ-nin mövcud olduğu bir dövrdə müstəqil dövlətçiliyin əsasları qoyuludu. Naxçıvan MR Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul etdi və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
Bu gün isə Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” –kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ulu Öndər o günlərin əhəmiyyətini qeyd edərək deyirdi ki, “Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də “Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında” qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Çünki bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib. Bəli, 1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın vahid mərkəzdə toplanması, bütün azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında yaxından iştirak etməsinin vacibliyinin dərki günü kimi xarakterizə olunmalıdır. Məhz Ulu öndərimiz Heydər Əliyevin iradəsi əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı. Digər tərəfdən, məhz Həmrəylik Gününün əməli davamı sayılan dünya azərbaycanlılarının qurultayları milli birliyimizin daha da möhkəmlənməsində müstəsna rola malik oldu.
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi və biz tarixə Zəfər günü adlı səhifə yazdıq. Azərbaycanın yaxın dövrdə yeni zəfərlərə imza atacağı, tarixin yeni şanlı səhifələrini yazacağı heç kimdə şübhə doğurmur. Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır!" dahiyanə sözləri bu gün real həyatda özünü təsdiqləyir. Müstəqilliyimizin simvolu olaraq ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

