Azərbaycan idman ölkəsidir
13.01.2023 [12:01]
Müasir dövrdə idman cəmiyyətin bütün sahələrinə nüfuz edərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi dəyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü təsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük, qəhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə sinə gərməyi öyrədir.Müstəqil Azərbaycan Respublikasında dövlətin qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, o cümlədən dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı, gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində bədən tərbiyəsi və idmanın gündəlik həyatımıza daxil edilməsi hazırkı dövrdə aktual tələblərdən birinə çevrilib.
Dövlət başçısının idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasət, bədən tərbiyəsinin və idmanın inkişafı ölkəmizin ümumi inkişaf siyasətinin tərkib hissəsini təşkil edir. Digər tərəfdən idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınmasıdır.
Azərbaycan idmançıları qazandıqları nailiyyətlərlə ölkəmizin dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir. Dövlət idmanın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirərək ölkədə sağlam həyat tərzinin təbliğinə çalışır. Bunun üçün bütün mümkün vasitələrdən istifadə edilir.
Regionlarda Olimpiya İdman Komplekslərinin və idman obyektlərinin sayının ildən-ilə artırılması, idman növlərinin inkişafına diqqətin artırılması, hər təqvim ilində əhalinin bütün yaş qruplarını əhatə edən kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsi gənc nəslin fiziki və mənəvi inkişafında son dərəcə böyük rol oynayır. Digər tərəfdən sağlamlıq imkanları məhdud olan insanların və əlillərin bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb edilmələri, beynəlxalq yarışlarda, Paralimpiya oyunlarında uğur qazanan və yüksək nailiyyətlər əldə edən idmançıların hazırlanması üzrə fəaliyyətin genişləndirilməsi, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, xüsusən Olimpiya və Paralimpiya oyunlarında qazandıqları uğurlar, dövlətin bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki apardığı siyasət və göstərdiyi dəstək bu sahənin inkişafı üçün geniş imkanlar yaradıb.
Bu gün respublikamız hər sahədə ildən-ilə inkişaf edir, maddi-texniki bazası möhkəmlənir, ildən-ilə ölkədə keçirilən beynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən uğurlar idmanın inkişafına müsbət təsir edir, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynaır. Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

