Yeni Qanunda zamanın çağırışları tam əks olunub
17.01.2023 [12:07]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Bu, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin nümayişidir. Hər bir inkişafın əsasında sabitliyin və iqtisadi tərəqqinin dayandığını önə çəkən Azərbaycan dövləti siyasi islahatların qaçılmazlığını da bildirir. Azərbaycan ilk gündən demokratiya yolunu seçərək bu istiqamətdə inamla irəliləyir. Ölkəmizin 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratik dəyərlərə sadiqliyinin sözdə deyil, əməldə təsdiqi oldu. Demokratik islahatlar ölkəmizin bugünkü inkişafının əsasıdır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, demokratiya sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın qeyd edilən istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Belə ki, Azərbaycan beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınır. Qanunun aliliyinin təmin olunmasına gəldikdə isə cənab İlham Əliyev daim bu çağırışı edir ki, hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır. Qanunlara əməl etməli, vətəndaşıq borcumuzu yerinə yetirməliyik.
Azərbaycan iki ildir qalibiyyəti ilə dünyaya səs salıb. Bu gün qalib Azərbaycanın qarşısında dayanan vəzifələrdən, hədəflərdən, çağırşlardan bəhs edirik. Dövr dəyişirsə, təbii ki, öz növbəsində tələblər də dəyişəcək. Bu isə yeniləşməni, təkmilləşməni bir zərurət kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin yanvarın 11-də təsdiqlədiyi “Siyasi partiyalar haqqında” yeni Qanun bu çağırışları özündə ehtiva edir. 6 fəsildən, 30 maddədən ibarət olan yeni sənəd siyasi partiyaların gələcək fəaliyyətini yüksək səviyyədə tənzimləyəcək, qarşısında dayanan vəzifələri açıqlayır.
“Siyasi partiyalar haqqında” yeni Qanun hazırlanarkən daha bir mühüm addım atılaraq aidiyyəti bütün sferaların fikirləri öyrənildi. Belə ki, Qanun layihəsi Milli Məclisin saytında yerləşdirildi, yeni layihə ilə tanış olub təkliflər səsləndirildi. 47 siyasi partiya Milli Məclisə yazılı formada 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərdən keçirildi. Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbulundan öncə ictimai rəy sorğusu keçirildi. Rəy sorğusunda vətəndaşların yeni qanun layihəsinin müddəaları da daxil olmaqla təqribən qırx sual ətrafında mövqeyi öyrənildi.
Qanunda vacib nüanslar var. Belə ki, seçkilərdə iştirak edən partiyalar Milli Məclisdə təmsil olunmadıqları halda da dövlətdən maliyyələşəcək. Partiyaların yaradılması ilə bağlı nəzərdə tutulan üzv tələbi də ölkəmizin demokratik inkişafının göstəricisidir. Belə ki, partiyaların yaradılması üçün üzv sayı 10 mindən 5 min nəfərə endirildi. Ümumilikdə təkliflərin də yer aldığı Qanunda əksini tapan 30 maddənin hər biri Azərbaycanın demokratik, sivil, hüquqi dövlət olduğunu bir daha təsdiqləyir.
Yeni Qanunda zamanın çağırışları tam əks olunub. Bir siyasi partiyanın bütün xalqın adından danışmaq haqqı yoxdur. Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək. Vətəndaşlarımız qarşısında siyasi partiyaların hesabatlılığı təmin edilmiş olacaq. Bir sözlə, “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda siyasi münasibətlər sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

