Biz bu terror hadisəsini şiddətlə və hiddətlə qınayırıq
27.01.2023 [14:50]
Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə,xüsusilə də qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Azərbaycan balanslaşdırılmış siyasət yeridən, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa can atan dövlət olsa da, təəssüf ki, bir sıra hallarda bəzi qonşu ölkələr dövlətimizə düşmən münasibətindən əl çəkmirlər. Son iki ildə xüsusilə də Azərbaycanın 44 gün davam edən, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan Tarixi Zəfərdən sonra İran Azərbaycana qarşı münasibətlərdə daha açıq düşmənçilik mövqeyinə keçmişdir.
Bu gün Irandakı Azərbaycan səfirliyində baş verən hadisə birmənalı olaraq İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş terror aktıdır. Ərazidə İran polisinin terroçuya heç bir maneçilik törətməməsi və bu terror aktının araşdırılması üçün zəruri addımların atılmaması bunun İran rejimi tərəfindən sifariş verildiyini göstərir. İran tərəfindən qatilin erməni olması və onun əraziyə uşaqla gəlməsi və səfirlikdə öz həyat yoldaşını axtarması ilə bağlı verilən məlumatlar isə diqqəti hadisənin mahihiyyətindən yayındırmaq məqsədi daşıyır.
Hesab edirəm ki, baş verən terror aktına qarşı ən böyük etirazı İranda yaşayan soydaşlarımız göstərəcəklər. Çünki bu hadisə bir daha İranın terroru dəstəklədiyini nümayiş etdirir və ilk dəfə deyil ki, İran belə fəaliyyətlərə yol verir.
Bu gün xatırlamaq yerinə düşər ki, Erməni təcavüzkarları tərəfindən Azərbaycan torpaqları işğal edildiyi zamanda, Xocalı faciəsində qadınlara, uşaqlara qarşı törədilən soyqırımda cənub qonşumuz İran tamaşaçı kimi baş verənləri seyr etdi, Ermənistanı işğalçılıq siyasətindən uzaqlaşdırmaq üçün heç bir addım atmadı. 44 günlük Vətən Müharibəsində belə İran tərəfindən heç bir dəstək almadıq. Əksinə, ermənilərə gizlicə silah daşınmasında yardım edirdi. Hələ bunlar azmış kimi, II Qarabağ Müharibəsi başa çatar-çatmaz Azərbaycan sərhədinə qoşun yığır, hərbi-təlimlər keçirdi. Bu cür addımlarla qalib ölkəyə göz dağı vermək istəsə də bu sadəcə bir cəhd olaraq qaldı.
Biz bu gün bu terror hadisəsini şiddətlə və hiddətlə qınayır, bu terroru bütün islam və müsəlman dünyasına qarşı törədilmiş vandalizm aktı kimi dəyərləndiririk.
Allahdan şəhidimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

