Azərbaycan-Rumıniya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir
06.02.2023 [11:08]
“Azərbaycan-Rumıniya arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq əlaqələri mövcuddur. Ötən illər ərzində iki ölkənin münasibətləri dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Odur ki, Rumıniya Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bu gün də iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər: “İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, ticarət dövriyyəsi iki dəfədən çox artıb. Sirr deyil ki, ticarət dövriyyəsinin böyük hissəsini də Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Eyni zamanda qeyd olunmalıdır ki, uzun illər ərzində SOCAR Rumıniyada fəaliyyət göstərir və 70-dən çox yanacaqdoldurma stansiyası, bir neçə yanacaq deposu var. Lakin yaxın müddətdə iki ölkə münasibətlərində energetika sahəsinin yeni sahələri fəaliyyətə başlayacaq. Məhz təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş sözügedən əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək”.
“Azərbaycan və Rumıniyanın energetika sahəsindəki əməkdaşlığı təkcə iki ölkənin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələyə çevrilməkdədir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Rumıniya imkanlarından istifadə edərək nəql ediləcəyi qazı Avropa məkanında yeni ünvanlara çatdıracaq: “Azərbaycan-Rumıniya əməkdaşlığı Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir. İki ölkənin neft və qaz sahəsində əməkdaşlığından əlavə yaşıl enerji ilə də bağlı işlərin qurulması Avropanın enerji təhlükəsizliyinə əlavə impulsdur”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

