Azərbaycan-Rumıniya əlaqələri genişləndirilir
06.02.2023 [14:15]
Azərbaycan Avropa İttifaqı ilə yanaşı, ayrı-ayrı Avropa ölkələri ilə də qarşılıqlı iqtisadi-siyasi əlaqələrini durmadan genişləndirir. Son illərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir neçə Avropa ölkəsinə rəsmi səfərləri reallaşıb, Avropa ölkələrinin rəhbərləri Bakıda qarşılanıblar.
Azərbaycan–Rumıniya dostluq və tərəfdaşlıq münasibətləri bu gün çox yüksək səviyyədədir. Ölkəmiz ötən əsrin son onilliyində öz dövlət müstəqilliyini bərpa edəndə ölkəmizi bir dövlət kimi tanıyan ilk ölkələrdən biri məhz Rumıniya olmuşdur. Rəsmi Buxarest həmin il dekabrın 11-də Azərbaycanın müstəqilliyini tanımışdı. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyun ayının 19-da qurulmuşdur.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Dövlət başçımızın da yada saldığı kimi, ölkələr arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bundan başqa, siyasi əlaqələrimiz yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Bakı ilə Buxarest bu gün on illər boyu davam edən qətiyyətli addımlar və prinsipial fəaliyyət nəticəsində, həm də, mühüm strateji tərəfdaşlıq platformasına əsaslanaraq, müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru çox önəmli addımlar atırlar.
Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-3 tarixləridə Azərbaycana rəsmi səfər etmişdir. Onunla görüşdən sonra mətbuata verdiyi bəyanatında Azərbaycan Prezidenti Cənab İlham Əliyev bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir: Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində SOCAR-la “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya ildə bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb.Eyni zamanda Rumıniya tranzit ölkə kimi Azərbaycandan əldə edəcəyi qazı digər ölkələrə, xüsusilə də Rusiyadan kəskin qaz asılılığında olan Moldovaya ötürməyi hədəfləyir. Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına, dostluq münasibətlərinə söykənir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir.Azərbaycan enerji ixracını artırmaq üçün infrastrukturun genişləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirir. Rəsmi Bakı Rumıniya ilə əlaqələrin genişləndirilməsində həm də buna görə maraqlıdır.
Rumıniya Prezidenti Klaus Yohannis Bakıda – azərbaycanlı həmkarı ilə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən xatırlatdı ki, biz cənab Prezident İlham Əliyevlə mühüm siyasi məsləhətləşmələr apardıq. Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın yaşıl enerji ixracı layihəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayaraq bildirdi ki, Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Azərbaycan Ruminiya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

