Türkiyə -Azərbaycan bir yumruq, bir ürək və bir candır
14.02.2023 [11:20]
Qardaş Türkiyədə 2023- cü ilin fevral ayının 6-da baş verən zəlzələdən 8 gün ötür. Zəlzələnin ilk günündən bu günə kimi, qardaş Türk xalqı kimi, Azərbaycan xalqı da böyük hüzün, kədər içindədir. Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələ nəticəsində minlərlə insan həyatını itirib, on minlərlə insan yaralanıb, dağıntılar altında qalıb və hələ də onların taleləri haqqında heç bir məlumat yoxdur.
Möhtərəm Prezidentimiz fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin "bir millət, iki dövlət" olduğunun nümayişi oldu.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.
Türkiyədəki zəlzələ ilə əlaqədar ilk köməyə gedən qardaş ölkə olan Azərbaycan oldu. Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün bütün tədbirlər görüldü. Dövlət başçısı bildirdi ki, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik .
Dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyində olarkən bildirdi ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur .
Əminliklə deyə bilərik ki, Türkiyə bu cür ağır sınaqdan da şərəflə çıxacaq. Türkiyədə baş verən faciə inanılmaz dərəcədə böyük faciədir.Ancaq biz,Türkiyəyə qardaş olan dövlətlər bir an da olsa Türkiyəni tək qoymadan axıra kimi onların yanında olacaq, faciənin fəsadlarının aradan qaldırılmasında qardaşlıq köməyimizi əsirgəməyəcəyik. Azərbaycanda 7-dən 77-yədək hər bir kəs qardaş ölkəyə humanitar yardım göstərmək üçün ayağa qalxdı. Kimin gücü nəyə çatırdısa onu etməyə hazır oldugunu göstərdi. Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq, budur bir millət, iki dövlət münasibəti.
Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə qardaşlığı illərin sınağından çıxaraq möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sarsıda bilməz. Türkiyə dövləti və xalqı bu çətin sınaqdan dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə ayağa qalxaraq sarsılmaz Türkiyə olduğunu bir daha sübut edəcəkdir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

