Xocalı soyqırımı - heç vaxt unudulmayacaq qətliam
24.02.2023 [18:14]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatı
Azğın düşmənlərin-erməni faşistlərinin xalqımızın başına gətirmədikləri müsibətlər, qırğınlar, faciələr, qətliam, qarət və vəhşiliklər qalmayıb. 31 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı isə ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizmdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə 7 min nəfərlik əhalisi olan Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Bu zaman 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür ki, onlardan da 150-sinin taleyi hələ də məlum deyil. Ermənilər sağ qalmış insanlar üzərində alçaq hərəkətlər etmiş, dərilərini soymuş, başlarını və digər orqanlarını kəsmiş, gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışlar. Xocalının neçə-neçə qeyrətli oğulları ermənilərin murdar qəbirləri üstündə vəhşicəsinə qətlə yetirilmişdir.
Erməni işğalından sonra bütün maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Xocalı soyqırımının dövlət səviyyəsində tanınması və ona hüquqi qiymət verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümumiyyətlə, ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Nəticədə 1998-ci il martın 26-da böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanıb və həmin fərmanda 1992-ci ilin fevralında ermənilərin Xocalı şəhərinin əhalisinə qarşı törətdiyi soyqırımı aktı da xüsusilə vurğulanıb. Ölkə Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın hər bir siyasi-ictimai xadiminin Xocalı soyqırımına beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Xocalı faciənin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir. Hər il xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı onlarla müraciətlər edilir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanılmış “Xocalıya ədalət!” kampaniyasının əvəzolunmaz əhəmiyyətini də mütləq qeyd etməliyik. Bu qətiyyətli siyasi mübarizənin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə və beynəlxalq təşkilatlarda qəbul olunan parlament aktlarında tanınıb.
44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz, torpaqlarımızın işğaldan azad edilməsi və bu torpaqlara xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, digər xarici qonaqların səfərlərinin təşkil edilməsi və bununla da erməni vəhşiliyinin dünyaya çatdırılması bizim üçün Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi işində yeni imkanlar açdı.
Dövlət başçımız cənab İlham Əliyevin dediyi kimi: “Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq...
Bəli, Azərbaycan xalqı heç vaxt və heç zaman Xocalı soyqırımını unutmayacaqdır. Tarixdən bildiyimiz ən qəddar zülmkarlığı belə kölgədə qoyan erməni faşistlərinin sülh və insanlıq əleyhinə cinayətləri, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırılmasında hər birimiz fəal olmalıyıq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

