Tariximizin nadir şəxsiyyəti
13.03.2023 [13:33]
Həyatının mənasını canından artıq sevdiyi xalqına və Dövlətinə xidmətdə görən Ümummilli Liderimiz Heydər Əliyev daim böyük ehtiramla, hörmətlə xatırlanır. Tariximizin nadir şəxsiyyətlərindən olan Ulu Öndərimiz özünün siyasi müdrikliyini, zəngin dövlətçilik təcrübəsini, qətiyyətli iradəsini doğma Azərbaycanımızın hərtərəfli inkişafına həsr etmişdir. Dövlətçilik tariximizin 34 ili məhz, Ulu Öndərimizin adı ilə bağlıdır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, müstəsna tarixi roluna görə Heydər Əliyevi əbəs yerə dünya şöhrətli siyasi nəhənglərlə müqayisə etmirlər. Çünki o, xalqımızın həqiqi Lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın inkişafına, tərəqqisinə həsr edən bu müdrik şəxsiyyət demişdir : “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Məhz, Heydər Əliyev coşğun fəaliyyəti nəticəsində Azərbaycanı bütün dünyaya tanıtdı. Dövlətimizin adı dünyanın ən ali məclislərindən, beynəlxalq təkilatların yüksək tribunalarından eşidildi. Ay-ulduzlu üçrəngli bayrağımız dünyanın dörd bir tərəfində dalğalanmağa başladı. Heydər Əliyev özünün müdrikliyi, siyasi uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi, Liderlik keyfiyyətləri ilə dünya tarixində iz qoyaraq Azərbaycanın simvoluna çevrildi. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində qeyri - adi şəxsiyyət, müdrik, cəsarətli Lider, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi kimi əbədi yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyev respublikamızın ən çətin, ən böhranlı dövründə ölkəmizə sabitlik gətirərək Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirdi bugünkü davamlı inkişafın təməlini qoydu, regionda sülh və sabitliyin qorunması istiqamətində misilsiz xidmətlər göstərdi.
Ulu Öndərin birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi, necə deyərlər, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gündür. Dahi Rəhbərin həmin illərdə həyata keçirdiyi məqsədyönlü, uzaqgörən iqtisadi siyasət nəticəsində Azərbaycan SSRİ-nin ən geridə qalmış aqrar əyalətindən inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, bütün dünyada tanınan yüksək mədəniyyətli Odlar Yurduna çevrildi. Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanın mövcud sosial-iqtisadi inkişafının əsası məhz, 1969-1982-ci illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. SSRİ dövründə 15 respublika arasında öz göstəricilərinə görə axırdan ikinci yeri tutan Azərbaycan məhz, Ulu Öndərin misilsiz xidmətləri sayəsində ikinci yerə yüksəldi. Həmin dövrdə dahi rəhbərin cəsarətli addımları, dərin zəkası, uzaqgörən, düşünülmüş, müdrik siyasəti nəticəsində bütün sahələr üzrə əldə olunan naliyyətlər - bu gün müstəqil, Qüdrətli Azərbaycanın uğurlarının əsasını təşkil edir.
1993-cü ilin iyununda xalqın dəvətini qəbul edərək, əbədi Liderimiz ölkə rəhbərliyinə yenidən qayıdışı ilə xalqımızı xaosdan, anarxiyadan, müstəqilliyini itirmək təhlükəsindən qurtardı. “Böyük Xilaskar” Heydər Əliyev tükənməz enerji və dönməz prinsipiallıqla, böyük əzmlə, siyasi iradə ilə öz çiyinlərini bu çətin və mürəkkəb vəzifənin altına verdi və nəticədə ictimai-siyasi sabitlik bərpa olundu, ölkəmiz demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu. Rspublikada sabitlik, sakitlik bərqərar oldu, mənfur düşmənlərlə atəşkəsə nail olundu, xalqımız sakit, rahat həyat tərzinə qədəm qoydu, nəhəng neft-qaz layihələri həyata keçirildi, sosial rifahımız günbəgün yüksəldi, respublikamızın bütün bölgələrində nəhəng abadlıq, quruculuq işləri vüsət aldı. İşsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində önəmli addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişaf yolunda inamlı addımlarla irəliləməsini təmin etmişdir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın bərqərar olunduğu ölkə kimi tanınır. Bunlarla yanaşı, həyata keçirilən çoxvektorlu xarici siyasətin məntiqi nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, ölkəmizin təşəbbüsü və liderliyi ilə çox mühüm transmilli layihələr reallaşdırılır, respublikamız ikitərəfli, çoxtərəfli əlaqələrini uğurla inkişaf etdirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. İnanırıq ki, bundan sonra da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində müstəqil Azərbaycan yeni - yeni uğurlara, nailiyyətlərə, qələbələrə nail olacaqdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

