Qarşılıqlı dəstəyin nümunəsi
27.03.2023 [14:43]
Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Dövlətimizin bu yönümdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi də deyilənlərə bariz nümunədir. Məlum olduğu kimi, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar dövlət başçısı İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etdi. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsi kimi dəyərləndirildi. “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma kimi diqqətdə oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevin bu təşəbbüsünü belə dəyərləndirdi: “Zirvə görüşünün keçirilməsi çağırışı ilə çıxış edən Can Azərbaycanın Prezidenti cənab İlham Əliyevə şəxsən öz adımdan və millətim adından təşəkkürlərimi bildirirəm.”
Türkiyədə baş vermiş zəlzələnin minlərlə insanın tələfatına, on minlərlə insanın yaralanmasına və misli görünməmiş dağıntılara səbəb olduğunu nəzərə alsaq, bu mövzu ilə bağlı yüksək səviyyəli müzakirələrin qardaş Türkiyədə hansı həssaslıqla qarşılandığını düşünmək çətin deyil. Dövlət başçısı İlham Əliyevin bu təşəbbüsü Türk dünyasının birliyinə xidmət etməklə yanaşı, eyni zamanda, birliyə, həmrəyliyə çağırış idi. Azərbaycan dövləti hər zaman belə çağırışları ilə dünyanın diqqətindədir. Səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda hər bir hədəfə yüksək səviyyədə nail olmaq mümkündür. Ən əsası münasibətlər səmimiyyət, qarşılıqlı hörmət prinsipləri üzərində qurulursa, ən çətin günlərdə, eyni zamanda, sevincli anlarda bir olmaq hər iki tərəf üçün qürurverici olur. Azərbaycan dövlətinin daim səsləndirdiyi “Biz birlikdə güclüyük!” çağırışı özündə bütün məqamları birləşdirir. Dövlət başçısı İlham Əliyev Türk dünyasının birliyindən, həmrəyliyindən bəhs edərkən hər zaman bu çağırışı da edir ki, bir ölkənin problemi digərini narahat etməli və bu istiqamətdə səylər göstərməlidir. Cənab İlham Əliyevin sözügedən təşəbbüsü bunun bir daha təsdiqi oldu.
Ümumilikdə Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün nümunədir. Zəngin tarixə malik olan bu əlaqələr sıx tellərlə bağlıdır və illər keçdikcə daha da möhkəmlənir, sarsılmaz olur. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu qardaşlıq, birlik daha da möhkəmlənib. Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək mənəvi və siyasi dəstəyini əsirgəmədi. Azərbaycanın tarixi Zəfəri qardaş Türkiyədə də eyni sevinclə qarşılandı. Bircə bu faktı qeyd etmək kifayətdir ki, qardaş ölkənin Prezidenti 3 dəfə işğaldan azad edilmiş ərazilərimizdə olub. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə dünyaya açılıb. Ən əsası 2021-ci ilin 15 iyun tarixində Qarabağın tacı Şuşa Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik edib. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir.
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ növbəti dəfə bu qardaşlığın dünyaya təqdimatı oldu. Azərbaycan dövləti, xalqı “Qardaş Türkiyənin yanındayıq” çağırışını göstərdikləri dəstəklə, yardımlarla ifadə etdilər. Dövlət başçısı İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə bir daha bu əminliyi ifadə etdi ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan sonra da belə olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

