Siyasi dialoq prosesi yeni və fərqli müstəvidə inkişaf edir
04.04.2023 [11:32]
Azərbaycanda, həm də beynəlxalq müstəvidə bir çox dəyişiklər baş verib. Ölkəmizdə dövlətçilik ənənələri daha da möhkəmlənib, siyasi sistem təkmilləşib, ölkənin ən böyük problemi həlini tapıb- ərazi bütövlüyü bərpa edilib. Bu amillər müxtəlif sahələrdə, o cümlədən də siyasi partiyalarla bağlı yeni hüquqi tənzimlənməni zəruri edirdi.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi xalqın siyasi iradəsinin ifadəsi, siyasi plüralizm və digər təməl demokratik dəyərlər əsasında hazırlanıb. Əsas prinsip, insanların siyasi proseslərdə iştirakını, siyasi düşüncə və mövqeyinə uyğun təşkilatlanma hüququnu təmin etməkdir. Qanun layihəsində çoxpartiyalı sistemin daha da təkmilləşdirilməsini nəzərdə tutularaq dövlətçilik maraqları, milli-mənəvi dəyərlərlə yanaşı beynəlxalq təcrübə və konvensiyalar da nəzərə alınıb.
Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin təzahürdür.
Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət etməlidir. Son dövrlərdə siyasi dialoq prosesi çərçivəsində təşkil olunan görüşlərdə çoxlu sayda müxtəlif məzmunlu məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır. Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə çevrilib.
Ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstəri ki, siyasi partiyalar arasında kəskin fərq mövcuddur. İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminə fayda verməsi mümkün görünmür. Zəif partiyalar xarici qüvvələrin əlində alətə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcəkdir.
Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarları ilə ayaqlaşmalarını tələb edir. “Siyasi dialoq” konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.
Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə, istər beynəlxalq aləmdə, istərsə də respublika daxilində münasibətlərin normallaşdırılması, aydınlaşdırılması, yaxşılaşdırılması üçün əməkdaşlığın genişləndirilməsinə, dialoqların təşkilinə ehtiyac olduğunu gündəmə gətirmiş, problemlərin həllində danışıqların ən doğru çıxış yolu olduğunu bildirmişdir.
Rövşən Əhmədov: YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

