Prezident seçkilərinin nəticələrinin beynəlxalq legitimliyi
11.04.2023 [15:08]
2018-ci ilin 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,02%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsimizi Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdik.
Dahi şəxsiyyət Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixində xalqa müraciətində deyirdi "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev ilk gündən Ulu Öndər Heydər Əliyev siyasi xəttini zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirməyə başladı. Məhz 2003-cü ildən müstəqil Azərbaycanın yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev seçki öncəsi xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirməklə qısa müddət ərzində ona göstərilən etimadı doğrultdu. Bunun məntiqi nəticəsi olaraq 2008 və 2013-cü illərdə keçirilən Prezident seçkilərində də müdrük, uzaqgörən Azərbaycan xalqı cənab İlham Əliyevə səs verərək onu yenidən Prezident seçdi. Xalqımız bir daha Ulu Öndər siyasi xəttinə sadiqliyini nümayiş etdirdi. Bu Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin gördüyü misilsiz işlərə verdiyi qiymət idi. 11 aprel 2018-ci il ilin növbədənkənar Prezident Seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Bu seçkilərdən sonra Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı.
Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyev 2019-cu ildə Aprel döyüşlərinin 3 illiyi münasibətilə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olarkən söyləmişdir ki, Azərbaycan əsgəri istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Siyasi və döyüş meydanlarında qələbələrimiz bizi daha da ruhlandırır, daha da gücləndirir. 2020-ci il Azərbaycanın çoxəsrlik tarixinə Zəfər səhifəsini yazdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 ilin işğalına son qoyuldu. Daim yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətində olan Azərbaycan xalqı bir daha tarixinə, torpağına sahib çıxan, bir qarış torpağını belə düşmənə verməyən xalq olduğunu təsdiqlədi. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız azad Qarabağda, azad Şərqi Zəngəzurda dalğalanır. Bundan böyük xoşbəxlik ola bilərmi? Xalqa arxalanan, “Güclü dövlət, yüksək rifah” tezisini fəaliyyətinin əsas prinsipi kimi qəbul edən möhtərəm Prezidentimizə milyonların sevgisi, dəstəyi şəksizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi də daxil olmuşdur. Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Ötən illər ərzində Azərbaycanda nəzərdə tutulan bütün infrastruktur layihələri, sosial proqramlar yüksək səviyyədə reallaşdırılıb, o cümlədən sosial infrastrukturun mühüm sahələrindən sayılan yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni yolların salınması, mövcud yolların isə əsaslı şəkildə təmiri ilə bağlı layihələr uğurla davam etdirilib. Regionlarda yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması istiqamətində işlər bu gün də davam etdirilir. Ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində respublikada 7 aeroport tikilib və ya yenidən qurulub.
Şahidi oluruq ki, cənab İlham Əliyev prezidentliyi dönəmində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir.
ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43

