Ulu Öndərin vəsiyyəti yerinə yetirildi
15.05.2023 [11:19]
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şuşadan xalqa müraciətində Prezident cənab İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün gördüyü misilisiz işlərdən bəhs etdi. Ölkə başçısı bildirdi ki, Ulu Öndərin yolu ilə gedən müstəqil Azərbaycan qədər son 20 ildə dünya miqyasında sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Ölkə iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici borc 6 milyard dollardan bir qədər çoxdur. Ölkənin valyuta ehtiyatları xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulun cəmi 9-10 faizini təşkil edir. Prezident cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Ölkə başçısı Azərbaycanın hərtərfli inkişafına diqqət çəkərək sosial məsələlərin dövlət siyasətinin prioritet istiqaməti olduğunu xatırlatdı. Son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Qarabağ və Şərqi Zəngəzurda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir və müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlər iki kəndə qayıdıblar. 10 kəndin bünövrəsi son günlərdə qoyulub. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır.
Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımların atıldığını qeyd edən Prezident cənab İlham Əliyev ölkəmiz kosmik dövlətə çevrildiyini xatırlatdı. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Ölkə başçısı vurğuladı ki, həm texnologiyalar gətirilib Azərbaycanda tətbiq edilməli, həm də elə güclü kadr potensialı yaradılmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.
Prezident cənab İlham Əliyev qeyd etdi ki, görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Azərbaycan dövləti isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Müraciətində ölkə başçısı xüsusilə vurğuladı ki, gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə elə gənclər yetişdirilib ki, bu gənclər dağı dağ üstə qoya bilər. Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi olan İkinci Qarabağ müharibəsində gənc nəsil bunu sübut etdi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər.
İkinci Qarabağ müharibəsindəki Qələbə xalqımızın tarixi uğurudur, tarixi Zəfəridir. Bu Zəfər xalqımızın qəlbində, yaddaşında, kitablarda, əsərlərdə Azərbaycan durduqca qalacaq. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Qarabağı azad görmək Ulu Öndər Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdi. Prezident cənab İlham Əliyev torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa etməklə həmçinin Ulu Öndərin vəsiyyətini yerinə yetirdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

