Tam iqtisadi müstəqillik Azərbaycanın uğurudur
02.06.2023 [12:24]
Azərbaycanın müstəqillik illərinin uğuru respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini müdafiə etməsidir.
Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının təmin etmək üçün böyük üstünlüklər verir. Azərbaycan sosial-iqtisadi inkişafında xarici ölkələrlə, eyni zamanda sovet imperiyasının dağılması ilə müstəqillik qazanan dövlətlərlə əməkdaşlığın daha da genişləndirilməsinə can atır. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Bu dövlətlər ilə yüksək səviyyəli ikitərəfli münasibətlər formalaşıb. İntensiv xarakter daşıyan bu münasibətlər ölkələrin milli maraqlarına xidmət edir və tarixi dostluq ənənələrinə, qarşılıqlı hörmət prinsipinə əsaslanır. Azərbaycanın ikitərəfli formatda təşkilata üzv ölkələri ilə iqtisadi münasibətlər müntəzəm artır və bu münasibətlər həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilmişdir. Tədbirdə qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasdakı çıxışında bir sıra məsələlərlə yanaşı, ölkəmizin iqtisadi müstəqilliyi və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli münasibətlərə də toxunub.
Dövlət başçısı son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun 3 dəfədən çox artdığını, respublikada yoxsulluq səviyyəsinin 50 faizdən 5 faizə endiyini diqqətə çatdırıb. Həmçinin, ölkəmizin xarici dövlət borcunun ümumi daxili məhsulun 9 faizdən az hissəsini təşkil etdiyini və bu göstəricinin ildən-ilə azaldığını bildirib. Ölkə rəhbəri bütün bunlarla bərabər, Azərbaycanın valyuta ehtiyatlarının xarici dövlət borcunu 10 dəfə üstələdiyini də qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün qarşıda duran əsas məsələlərdən birinin ixracın şaxələndirilməsi olduğunu xatırladaraq, respublikamızın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ticarət dövriyyəsinin ötən il 31 faiz artdığını və 4,7 milyard dollar təşkil etdiyini, cari ilin yanvar-aprel aylarında həmin göstəricinin əlavə 38 faiz yüksəldiyini söyləyib. Prezident İlham Əliyev ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 9 faizə yaxın olduğunu, eyni zamanda ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensialın mövcudluğunu da vurğulayıb.
Azərbaycan yüksək iqtisadi göstəricilərə və digər üstünlüklərə malik dövlət kimi ümumi tərəqqiyə və əmin-amanlığa xidmət edən əməkdaşlığı daim genişləndirmək əzmindədir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

