Zəfərimizlə fəxr edirik
03.06.2023 [12:49]
Azərbaycan Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına cavab olaraq 2020-ci ilin 27 sentyabrında başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi ilə şanlı bir tarix yazdı. Belə ki, 30 ilə yaxın davam edən, dünyada misli görünməmiş talançılığa və vandalizmə məruz qalan tarixi torpaqlarımız, yurd yerlərimiz işğaldan azad edildi. Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qisasımızı alaraq ədaləti və pozulmuş hüquqlarımızı bərpa etdi. Bu qələbə tarixi zəfər salnaməsi olaraq bütün türk, İslam dünyasını sonsuz qürurlandırdı. Beynəlxalq hüququn aliliyinə inanan və onun qorunması üçün daim səylə çalışan, dünyadakı münaqişələrdə obyektiv mövqeyini sərgiləməkdən qorxmayan dövlətlər üçün də əsl inam qaynağı oldu. Çünki uzun illər boyu dünya ictimaiyyəti beynəlxalq hüququn, dünyanın ən böyük beynəlxalq təsisatı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyinin şahidi idi. Ancaq Azərbaycan dövləti və xalqı öz qətiyyəti və qüdrəti sayəsində, tarixi torpaqlarını erməni işğalından azad etməklə yanaşı, eyni zamanda beynəlxalq hüququn pozulmuş maddələrini yerinə yetirdi. Ermənistanı buna məcbur etdi”. Bu fikirləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov söyləyib.
Onun sözlərinə görə, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. Bu tarixi faktlar ermənilərin nə qədər amansız, vəhşi və məkrli olduqlarının sübutudur. Təəssüflər olsun ki, ermənilərin 30 ilə yaxın davam edən talançılıq siyasətinə dünya susub, Azərbaycan tərəfi bu barədə dünya dövlətlərini, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini dəfələrlə məlumatlandırsa da heç bir nəticə olmayıb. Azərbaycan münaqişənin həllinə, dövlətimizə və xalqımıza qarşı ermənilər tərəfindən törədilmiş bu işğal siyasətinə ikili standartlardan yanaşan dövlətlərin mövcudluğuna baxmayaraq öz qətiyyəti və gücü ilə hüquqlarını bərpa etdi. Artıq biz qalib ölkənin qalib vətəndaşları olaraq Vətən müharibəsindəki zəfərimizlə sonsuz fəxr edirik. Bu qalibiyyəti bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qəhrəman oğullarımıza minnətdarıq. İndi ulu öndərimiz Heydər Əliyevin və şəhidlərimizin əziz ruhları şaddır. Çünki həsrətində olduğumuz torpaqlarımız azaddır, öz sahiblərinə geri qayıdıb və bu əbədi belə olacaq.
Vüsar İsmayılov qeyd etdi ki, işğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz kimi, Laçın rayonu da yenidən qurulur. Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. Laçın şəhərinin Baş planı hazırlanıb. Laçında bütün lazımi şərait yaradılır. Laçın tez bir zamanda abad, hər cür infrastruktur layihələrinə malik bir rayon olaraq sakinlərimizin ixtiyarına veriləcək. Ermənilərin azərbaycanlılara məxsus olan tarixi izlərinə silinməsinə hesablanmış məkrli əməlləri nəticə vermədi. Laçındakı yaşayış məntəqələrimizlə yanaşı, bütün tarixi, dini abidələrimiz də tezliklə bərpa ediləcək. Bütün dünya biz azərbaycanlıların əzminin bir daha şahidi olacaq. Ermənisan isə törətdiyi bütün əməllərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

