Atılan addımların uğurlu nəticələri
05.06.2023 [13:20]
Xarici siyasətimizin əsas istiqamətlərindən biri kimi ikitərəfli münasibətlərin qurulması istiqamətində atılan addımların uğurlu nəticələri bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Təkcə cari ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə diqqət yetimək kifayətdir. Bu günlərdə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri də bu tərkibdəndir. Hər bir səfər münasibətlərdə yeni səhifə kimi dəyələndirilir.
Dövlət başçısı İlham Əliyevin İsrail Prezidenti İsxak Hersoq ilə təkbətək və geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini, qarşıdakı hədəfləri özündə ehtiva edən mətbuata birgə bəyanatlarında iki ölkə arasında ayrı-ayrı sahələrdə münasibətlərin dünəninə bir daha diqqət yetirildi. Səfər əlaqələrin genişlənməsinə böyük töhfə kimi dəyərləndirildi. “Biz səfərdən sonra müsbət dinamikanı görəcəyik. Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir” söyləyən dövlət başçısı İlham Əliyev səfərin tarixi səfər kimi qəbul edildiyini bildirdi.
Prezident İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqama da xüsusi diqqət yönəltmişdir ki, İsraildən daha çox turisti ölkəmizə dəvət edə və əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması haqqında daha çox məlumat verə bilək. Bu, ölkənin böyük dəyəridir. Yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə verib. Onlar müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar. Bu gün bu, təkcə Azərbaycanın uğurlu inkişafı, mədəniyyətlərarası sülh və dostluq üçün yox, eyni zamanda, ikitərəfli münasibətlərimiz üçün mühüm amildir. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Dünya azərbaycanlılarının diaspor təşkilatları var. Lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. İsrail Prezidenti isə Bakıdan bəyan etdi ki, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.
Göründüyü kimi, möhkəm tarixə malik olan əlaqələrimiz Azərbaycan-İsrail münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. İsrail Prezidentinin bu səfəri də məhz ikitərəfli gündəliyimizdə duran önəmli məsələlərin müzakirəsinə daha geniş imkanlar yaratdı. Eyni zamanda, İsraildə Azərbaycan səfirliyinin artıq fəaliyyət göstərməsi əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirildi. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli əlaqələrin gündəliyi çox genişdir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

