Dostluq əlaqələrimizin qədim tarixi var
05.06.2023 [13:45]
Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu reallıq hər zaman xüsusi qeyd edilir ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənib. Bunu qarşılıqlı səfərlər və imzalanan sənədlərin say tərkibi də təsdiqləyir.
May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ölkəmizdə rəsmi səfərdə oldu. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədədir. İsrail 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olundu.
Azərbaycan və İsrail Prezidentlərinin mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyev “Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək” söyləyərək onu da bildirdi ki, aramızda çox fəal siyasi dialoq var. Səfər zamanı ikitərəfli gündəlikdə duran önəmli məsələlərin müzakirə edilməsi üçün daha çox imkanlar mövcuddur. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Azərbaycan ilə İsrail arasındakı qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mətbuata birgə bəyanatda bu mühüm məqam da xüsusi qeyd edildi ki, İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Dünya azərbaycanlılarının diaspor təşkilatları var. Lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, bölgünün olmadığını nümayiş etdirir. Əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var.
Dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, müstəqil ölkə olaraq Azərbaycanın 31 yaşı var. Lakin qədim tarixə malikik. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuş və bu gün də belə olmaqda davam edirlər. Bu, ölkələrimiz arasında mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
Azərbaycan tolerant, mulltikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi daim dünyanın diqqətindədir. Azərbaycan-İsrail münasibətlərinin daha da inkişafı üçün geniş imkanlar yaranır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

