Türkiyə-Azərbaycan birliyi Türk dünyasının gələcək inkişafı üçün önəmlidir
16.06.2023 [11:32]
Cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri digər səfərlərdən fərqli bir ortamda baş tutdu. Gərgin və həyəcanlı seçkilərdən sonra cənab Ərdoğanın ilk səfərini ənənəvi olaraq Şimali Kipr və Azərbaycana etməsi hər iki ölkənin Türkiyə Cümhuriyyətində xüsusi önəm daşıdığını bildirir.
Türkiyədə keçirilən son prezident seçkilərində qazanılan qələbəyə görə cənab Rəcəb Tayyip Ərdoğanı təbrik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qələbənin həyata keçirilən siyasətin nəticəsi olduğunu bildirdi: “Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir.
Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.”
Azərbaycan-Türkiyə strateji əmkdaşlığının, qardaşlığın və müttəfiqliyin bariz nümunəsi olan Şuşa Bəyannaməsinin ikinci ildönümünü xatırladan ölkə başçısı bu tarixi sənədin hər iki ölkə üçün mühüm və əhəmiyyəti bir anlaşma olduğunu qeyd etdi: “Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.”
Qazanılan qələbənin güclü ordu amilinə toxunan cənab Prezident bildirdi ki, bundan sonra da Azərbaycan ordusu Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir.
Türkiyə modeli üzərində qurulan ordunun gücü və qüdrəti artıq dünyaya məlumdur. Türkiyə və Azərbaycan birgə təlimləri də ardıcıl olaraq davam etdirilir. Cənab Przident beynəlxalq hüququn indiki zamanda çalışmadığını, siyasətin güc amilinə əsaslandığını bildirərək belə bir şəraitdə ordumuzun gücləndirilməsinin və modernləşdirilməsinin başlıca şərt olduğunu diqqətə çatdırdı.
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsi, ticarət dövriyyəsinin artması bu gün bizim münasibətlərimizin real göstəricilərindən biridir. Ölkə başçısı bu məsləyə toxunaraq bildirdi: “Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.”
İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəminin daha da artırmasını qeyd edən cənab Prezident bildirmişdir ki. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Bu da gələcəkdə bu nəqliyyat marşrutunun önəmini və iqtisadi gücümüzü daha da artıracaqdır.
Zəngəzur dəhlizinin açılmasının gündəmdə olmasını qeyd edən ölkə başçısı bir daha vurğulamışdır ki, tezliklə dəhlizin açılması tam reallaşacaqdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Bəyanatının sonunda cənab Prezident bir daha qardaş ölkə Türkiyə ilə münasibətlərin qırılmaz bağlara malik olduğunu xatırladaraq qeyd etdi: “Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.”
Bu gün əminliklə söyləmək olar ki, iki qardaş ölkə rəhbərinin eyni mövqedən çıxış etməsi, eyni fikir və amal uğrunda mübarizəsi bu qələbənin əsasını təşkil edəcək və Türk dünyasının gələcək inkişaf və birlik yolunda mayaka çevriləcəkdir.
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

