Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ana dilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Ana dilimizin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

01.08.2023 [12:26]

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Azərbaycan dili də öz tarixi keçmişi və zənginlikləri ilə tanınan dillərdən biridir. Tarixə nəzər saldıqda görmək olar ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib və bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir.
Ana dilimizin inkişafı və çiçəklənən dövrü Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi, dövlətçiliyimizin milli rəmzlərindən birinin qorunması Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” fikirlərini söyləyən Ümummilli lider Heydər Əliyev Ana dilimizə hər zaman xüsusi həssaslıqla yanaşmış, onun inkişafına öz töhfələrini vermişdir.

Xusisilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi və güclü iradəsi sayənsində milli mənsubiyyətimizin əsaslarından birini təşkil edən Ana dilimiz qorunub saxlanılmış və inkişaf etdirilmişdir.

Hələ Sovetlər dönəmində Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi.

Məhz Ulu öndər Heydər Əliyevin Ana dilimizin qorunub saxlanılması və inkişafı istiqamətində gördüyü işlərin məntiqi nəticəsi olaraq Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir.

Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladağı digər Fərmana əsasən ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə, elminə, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və zəngin tarixi irsinə verdiyi töhfələr misilsizdir.

Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin dil siyasətini də uğurlu davam etdirir və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına hər zaman öz müsbət töhfələrini verir.

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31