Rəsmi İrəvan yenə fiaskoya uğradı
21.08.2023 [17:51]
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixində növbədənkənar iclasında Ermənistan və erməni lobbisi rüsvayçı şəkildə növbəti dəfə məbluğ oldu və separatçıların və Ermənistan hökümətinin növbəti avantürası fiasko ilə nəticələndi. Hazırda erməni icmasının separatçı rəhbərinin qondarma vəzifəsini və bütövlükdə Xankəndini tərk edəcəyi xəbəri geniş yayılıb. Artıq erməni lobbisi məğlubiyyətləri üçün “günah keçilərini” müəyyən ediblər. Bu isə yenə Paşinyan hökümətidir.
Belə ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Laçın yolu üzərində Azərbaycanın legitim hüququnun bir daha BMT səviyyəsində qəbul edildiyini və Ermənistan hökümətinin bunu erməni xalqına göstərməyə çalışdığını qeyd edir. Bu da onu göstərir ki, rəsmi İrəvan bu prosesinin nəticəsini bilə-bilə bu riskə getdi. Lakin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasəti bu fiaskonu şərtləndirdi. Təbii ki, bu diplomatik uğur Azərbaycan üçün gözlənilən idi. Prezident çıxışlarının birində böyük əminliklə qeyd edib ki, bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz: “Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”. Hələ bir ay əvvəl rəsmi İrəvan Paşinyanın Azərbaycanı Rusiyaya şikayəti zamanı Vladimir Putinin ona şillə kimi cavabından heç bir nəticə çıxarmadı. Deməli, 2020-ci il üçtərəfli Bəyanatına istinad edən Paşinyana Putin “dəhliz”, “yol”, terminologiyasına fikir verilməməsi, ərazi bütövlüyünün qarşılıqlı tanınmasına önəm verilməli olduğunu vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində, “Şərq-Qərb, Şimal-Cənub dəhlizləri” terminologiyasından geniş istifadə etdiyi qeyd edərək, Ermənistan baş nazirinin üçtərəfli Bəyanatın terminologiyasına əsassız istinadların Azərbaycanın mövqeyini dəyişməyəcəyinin bir daha təsdiq etdi. Bundan nəticə çıxarmayan rəsmi İrəvan, yenidən “siyasi hayasızlığa” əl atdı.
Bunun bir fayda verməyəcəyini anlayan Nikol Paşinyan indi isə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna yönələrək yenə Rusiya sülhməramlılarından (RSK) mədət umur və Ermənistana yenə də üçüncü tərəflərin kömək göstərə biləcəklərini düşünür.
Bu isə rəsmi İrəvan üçün şərtlərin daha da ağırlaşdığını göstərir. Azərbaycanın növbəti diplomatik uğuru rəsmi İrəvan üçün sülh şərtlərini daha ağırlaşdırdı.
Abbas Pənahov
YAP Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

