İmişlidə rus icmasının nümayəndələri ilə görüş keçirilib
21.09.2023 [10:42]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında rus icmasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Aran” Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev, Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Xətai rayonu üzrə Rus İcmasının direktoru, Sosial Məsələlər və Xeyriyyə Komissiyasının sədri Marina Pavlova, rayon rus icmasının rəhbəri Beteva Lyudmila və icma nümayəndələri, partiya fəalları iştirak ediblər.
İlk olaraq YAP İmişli rayon təşkilatının foyesindəki Ümummilli lider Heydər Əliyevin büstü qarşısına gül dəstələri qoyularaq ruhuna ehtiram ifadə olunub.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan millətlərarası münasibətlərindən bəhs edib, ölkəmizdə tolerantlıq, multikultiralizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb.
Çıxış edən “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov bildirib ki, ölkəmizdə azərbaycanlılarla birgə yaşayan digər millətlərin, o cümlədən rusların da milli-mənəvi dəyərlərinin, adət-ənənələrin qorunub saxlanmasına və inkişaf etdirilməsinə böyük qayğı göstərilir.
Çıxış edən İmişli rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mirzə Quliyev qeyd edib ki, yüz illər boyu etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olub.
Çıxış edən Rus Mədəniyyət Mərkəzinin direktoru Qalina Manafova, Xətai rayonu üzrə Rus İcmasının direktoru Marina Pavlova və İmişli rayonunda rus icmasının sədri Lyudmila Beteva tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildiriblər.
Çıxış edən YAP fəalı Kamran Səmədov qeyd edib ki, Azərbaycanda tolerantlığın bərqərar olunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir və hazırda bu siyasət dövlətimizin başçısı tərəfindən davam etdirilir.
Digər çıxış edən icma üzvləri hər cür qayğı ilə əhatə olunduqlarını vurğuladılar. Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.
Görüşün sonunda rus icmasının nümayəndələrinin uşaqlarına hədiyyələr təqdim edilib.
Tədbirin rəsmi hissəsindən sonra YAP İmişli rayon təşkilatının təşkilatçılığı ilə təmir-bərpa işləri aparılan vəfat edən rus icması üzvlərinin dəfn edilməsi üçün ayrılmış qəbiristanlığa baxış keçirilib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

