Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xızı rayonunda şəhid ailələri ilə görüş keçirilib

Xızı rayonunda şəhid ailələri ilə görüş keçirilib

22.09.2023 [18:15]

22 sentyabr 2023-cü il tarixdə Xızı rayonunda şəhid ailələri ilə görüş keçirilib. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi və Sentyabr təxribatları zamanı ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə canlarını qurban vermiş şəhidlərin ailələri ziyarət edilib.

Görüşdə Xızı  Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov , Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev , Xızı rayon prokuroru Rahim Səfərəliyev, rayon İcra Hakimiyyətinin məsul şəxsləri və partiya fəalları  iştirak etdilər.

Görüş zamanı şəhidlərimizin şərəfli həyat yolundan, döyüşlərdə göstərdikləri şücaətdən söhbət açılıb, onların əziz xatirəsi daim uca tutulduğu diqqətə çatdırılıb. Həmçinin şəhid ailələrinə və qazilərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib.

Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31