27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
26.09.2023 [12:17]
Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Vətən müharibəsində şəhid olmuş 23 nəfər ADNSU məzununun xatirəsinə salınmış Kompleksin önünə yürüş və əklil qoyulması ilə başlanıb.
Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ermənistanın tarixi Azərbaycan torpaqlarına qarşı illərlə yürütdüyü işğalçılıq siyasətindən, həmçinin əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən söz açaraq 2020-ci il sentyabrın 27-də müharibəni şərtləndirən növbəti hərbi təcavüzdən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun misilsiz şücaəti sayəsində zəfərlə nəticələnən Vətən Müharibəsindən danışan dosent Vazeh Əskərov respublikamızda Anım Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamının tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. ADNSU-da şəhid məzunların xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini deyən dosent Vazeh Əskərov bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov və Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək Azərbaycan Xalqının tarixində müstəsna əhəmiyyət kəsb edən 27 sentyabr- tarixinin Ordumuzun qüdrətinin, gücünün, milli birliyimizin, mübarizliyimizin bütün dünyaya sübut edildiyi tarixin başlanğıcı olduğunu deyiblər. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olaraq yaddaşlara yazılıb. Azərbaycan xalqı hər zaman qəhrəman oğullarının xidmətlərini yüksək qiymətləndirir və xatirəsini uca tutur.
Sonra ADNSU-nun şəhid məzunları haqqında “Tarix yazan qəhrəmanlar” sənədli filmi nümayiş olunub.
Sonda universitetdə şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Xəbər lenti
Hamısına baxSosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59

