Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

“Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihəsinə start verildi

26.09.2023 [12:20]

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “kiçik qrant layihəsi” çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə sosial media ekspert, bloger, aktivist və ictimai fəalların iştirakı ilə “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin açılış tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi, Partiyanın Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov açaraq  layihə haqqında iştirakçılara Sosial media “Fake” xəbərlərlə mübarizə haqqında qısa məlumat  verdi.

Daha sonra çıxış edən blogger, sosial media üzrə ekspert Adnan Hüseyn saxta xəbər, misinformasiya, dizinformasiya və onlarla mübarizə metodları haqqında geniş təlim keçdi.

Qeyd edək ki, təlimlər 3 gün davam edəcək və layihə EDX.com təhsil portalı ilə əməkdaşlıq çərçivəsində layihənin yekununda 20 fəal Miçiqan Universitetinin onlayn kursunu başa vurmaqla sertifikatlara yiyələnəcək.

Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31