Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir
03.10.2023 [11:21]
Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi bu dahi şəxsiyyəti dünya azərbaycanlılarının Liderinə çevirib. Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur.
1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur və həmin tarixdən ölkəmizin yeni bir dövrü başlanıb. Həmin dövrə qısaca nəzər salsaq müşahidə ediləcək reallıqlar bundan ibarət olacaqdır: hərc-mərclik, anarxiya, cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, ölkədə sözün əsl mənasında hakimiyyətsizlik və başsızlıq. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxarmağı bacarmırdı. Atılan səhv addımlar isə ölkəni daha da böyük xaos və anarxiya burulğanına sövq edirdi. Beləliklə, Heydər Əliyevin təhvil aldığı Azərbaycanda vəziyyət həqiqətən də acınacaqlı idi. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər demək olar ki ölkəmizdə mövcud idi. O günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük uzaqgörənliklə söylədiyi “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir” sözlərinin təsdiqini ölkəmizdə baş vermiş siyasi proseslərin timsalında bir daha aydın şəkildə görürdük. Ölkəni içinə düşdüyü bu çarəsizlikdən ancaq Heydər Əliyev xilas edə bilərdi. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Dahi Şəxsiyyət xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş etdi. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. 1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Azərbaycan Respublikası məhz Heydər Əliyevin ideyaları əsasında öz yoluna davam edir. Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev illərdir ölkəyə uğurla rəhbərlik edir, onun maraqlarını ən yüksək kürsülərdə təbliğ edir və ölkəni iqtisadi-sosial cəhətdən inkişaf etdirir. Bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki onun qurucusu olduğu Azərbaycan bu gün ən güclü dövrünü yaşayır. Sadəcə Cənubi Qafqazda yox, bütün dünyada hörmətə layiq bir dövlət kimi nüfuzunu günü-gündən artırır.
Rüfət Əhmədov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
İnformasiya təminatı və təhlil sektorunun müdiri
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

