"Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı"
21.02.2012 [00:23]
Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 17-19 fevral tarixlərində Qəbələ və Oğuz rayonlarında gənclərin “Qış məktəbi” layihəsini həyata keçirib. Layihə çərçivəsində Qəbələ rayonunda yerləşən “Qafqaz Resort holtel”də “Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans keçirilib. Tədbirin aparıcısı Sərraf Hüseynov mövzu ilə bağlı məlumat verib. Bildirilib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf və davam etdirilən siyasi kurs sürətli və müasir inkişaf yoluna malik Azərbaycan Respublikasının qısa zaman kəsiyində Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməsində mühüm rol oynayıb. S.Hüseynov qeyd edib ki, Azərbaycanın əldə etdiyi inkişaf davamlı xarakter daşıyır. Bu mənada Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncam böyük əhəmiyyətə malikdir: “Sərəncamda da qeyd olunduğu kimi, yeni mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”.
S.Hüseynov deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında hər zaman fəallığı ilə seçilən, dövlətimizin inkişafına töhfə verməyə çalışan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də, məhz, bu Konsepsiya ilə bağlı geniş fikir mübadilələrinin aparılmasını arzulayır.
Mövzu ətrafında çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov son illərdə ölkəmizdə gedən inkişaf prosesi ilə bağlı danışıb. Ə.Pənahov deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı Sərəncamı bu inkişafın gələcək illərdə daha yüksək səviyyədə təminatına şərait yaradacaq: “Biz inanırıq ki, konsepsiya praqmatik, praktiki və tətbiqi xarakter daşıyacaq. Konsepsiyada neft gəlirlərindən istifadə edilərək bütün infrastrukturların, regionların inkişaf etdirilməsi, sosial problemlərin həll olunması kənd təsərrüfatı sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, sahibkarlığın inkişafına dəstəyin daha da artırılması və digər məsələlər öz əksini tapmalıdır. Yeni konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan ölkələri tam qabaqlamasını təmin etməkdir”.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Xəyalə Qarayeva bildirib ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların intellektual inkişafına xüsusi qayğı ilə yanaşılır. Qeyd olunub ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz də hər zaman gənclərimizin vətənpərvər ruhda inkişafı üçün bütün şəraiti yaradır: “Ulu öndər Heydər Əliyev hər bir gəncin Azərbaycanın müstəqilliyini təmin etmək üçün Vətənini, ölkəsini xalqını, millətini, dilini, dinini, milli ənənələrini sevməli olduğunu deyib. Bu gün, məhz, ümummilli liderimizin əsasını qoyduğu, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar. ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər Birliyi gənclərimizin aktiv ictimai fəaliyyətə cəlb olunması baxımından mühüm addımlar atır. Bu gün aparılan müzakirələr də YAP Gənclər Birliyində təmsil olunan gənclərin dövlətimizin gələcək illərdə də uğurlu inkişafı üçün səmərə verə biləcək, İnkişaf Konsepsiyasında qeyd oluna biləcək təkliflərinin səsləndirilməsi baxımından vacib xarakter daşıyır”.
Konfransda iştirak edən Milli Məclisin deputatı Sahibə Qafarova bu müzakirələrin gənclərin dövlətin inkişafındakı rolunun artması baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib. Millət vəkili qeyd edib ki, Azərbaycan gələcək illərdə ən inkişaf etmiş ölkələrdən birinə çevriləcək: “Azərbaycan Respublikasında gedən iqtisadi inkişaf bizim beynəlxalq aləmdə tanınmamızda mühüm əhəmiyyətə malikdir. Artıq bir neçə ildir ki, dünyanın bir sıra inkişaf etmiş dövlətləri, hətta böyük miqyasda regionlar maliyyə böhranının fəsadları ilə üz-üzə qalıblar. Amma Azərbaycan, məhz, düzgün qurulmuş iqtisadi siyasətin və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qətiyyətli siyasi kursu nəticəsində bu böhrandan nəinki yan keçdi, hətta bu mənada bir nümunə nümayiş etdirmiş oldu. Bu gün dünya dövlətləri Azərbaycanı yaxın tərəfdaş qismində qəbul edirlər. Bu isə ölkəmiz haqqında daha çox məlumat vermək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından bizə əlavə imkanlar yaradır. Bu gün müzakirə etdiyimiz mövzu olduqca aktualdır. O baxımdan ki, gənclərimiz dövlətimizin, xalqımızın gələcəyidir. Hazırlanacaq Konsepsiya da məhz Azərbaycanın gələcək inkişafını özündə ehtiva etdiyi üçün gənclərin aktivliyi daha çox olmalı, onları maraqlandıran məsələlər, təkliflər dinlənilməlidir. Mən inanıram ki, hazırlanacaq Konsepsiya ölkəmizin yaxın gələcəkdə təkcə regionun deyil, daha böyük miqyasda lider dövlətə çevrilməsində əsaslı rol oynayacaq”.
çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva isə bildirib ki, Prezident İlham Əliyevin apardığı düzgün, qətiyyətli və inkişafa istiqamətlənmiş siyasi kurs ölkəmizin beynəlxalq aləmdə yaxın tərəfdaş və etibarlı əməkdaş qismində tanınmasına yol açıb. Azərbaycanın böyük iyirmilik dövlətlərinin toplantısına dəvət edilməsinin məhz bunun nəticəsi olduğunu söyləyən M.Abasquliyeva hazırlanacaq İnkişaf Konsepsiyasının bu inkişafı daha yüksək səviyyəyə çatdıracağına əminliyini ifadə edib: “ötən il ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə dünyada hansı nüfuza malik olduğunu bir daha nümayiş etdirdi. Bu, möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev cənablarının yorulmaz fəaliyyətinin nəticəsidir. Məhz Prezidentimiz tərəfindən müəyyənləşdirilən siyasi kurs, müasir, güclü və dünyada öz sözünü deyən Azərbaycan dövlətinin tanınmasında mühüm rol oynayıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Azərbaycanın daha yüksək səviyyədə, bütün sahələrdə hərtərəfli inkişafına imkan yaradacaq. Bu, indiyə qədərki inkişafımızın davamı, növbəti mərhələsi sayılacaq. Mən inanıram ki, gəncləri maraqlandıran məsələlər bu konsepsiyada yer alacaq”.
Daha sonra konfrans fikir mübadilələri şəklində davam etdirilib. Qeyd olunub ki, konfransda səslənən fikirlər təkliflər paketi şəklində yığılsın. YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan Yeni Azərbaycan Partiyası hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər. çıxış edən digər gənclər də mövzu ilə bağlı öz təkliflərinin və fikirlərini bildiriblər.
“Qış məktəbi” layihəsinin iştirakçıları daha sonra Qəbələ rayonunun fəal gəncləri ilə görüşüblər. çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva bu görüşün böyük əhəmiyyət kəsb etməsindən söhbət açıb. Qeyd olunub ki, YAP tərəfindən həyata keçirilən qış və yay məktəbləri bu gənclərin əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayır.
çıxış edən YAP Qəbələ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramil Qəribov isə bildirib ki, Qəbələ rayonu hər zaman öz ictimai-siyasi fəallığı ilə seçilib. YAP-ın Qəbələ rayonunda aparıcı siyasi qüvvə olduğunu bildirən Gənclər Brliyinin sədri bunun xalqımızın Ulu öndər Heydər Əliyev siyasi kursuna və Prezident İlham Əliyevə olan inam, sevgi və etimadından qaynaqlandığını deyib. Daha sonra region gənclərini maraqlandıran suallara cavab verilib.
Qeyd edək ki, “Qış məktəbi” layihəsi çərçivəsində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi və maraqlı istirahəti üçün bilik yarışları keçirilib. “Qış məktəbi” fevralın 19-da başa çatıb.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

