Ermənilərin dinc insanları amansızlıqla qətlə yetirməsi bəşəriyyətə qarşı cinayətdir
24.04.2012 [01:49]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə təhsil alan və xarici ölkə vətəndaşı olan tələbələr Quba məzarlığını ziyarət edib. Türkiyə, Nigeriya, ABŞ, Cənubi Koreya, İraq, Türkmənistan və digər ölkələri təmsil edən 20-dən çox tələbə erməni vəhşiliyin göstəricisi olan bu məzarlıqla yaxından tanış olublar. Qeyd olunub ki, ziyarətin təşkil edilməsində məqsəd əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. çünki ermənilər hər il aprelin 24-də uydurma “erməni soyqırımı”nı qeyd edir, dünya ictimaiyyətini yalanlarla çaşdırmağa çalışırlar. Amma Quba məzarlığı əsl soyqırımın ermənilər tərəfindən törədildiyini sübut edən əyani faktdır. Gənclər 1918-ci ilin mart ayında ermənilərin Qubada törətdiyi qətliamın qurbanlarının xatirəsini dərin ehtiramla yad edib, məzarlığa gül dəstələri düzüblər.
B.Səfəroğlu adına Quba Mədəniyyət Evinin direktoru Ramiz Azərsoy ziyarətçilərə məzarlıq haqqında məlumat verib. O bildirib ki, 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Qubada da minlərlə günahsız dinc insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib: “Kütləvi məzarlıq 2007-ci ilin aprel ayında ərazidə qazıntı işləri aparılarkən aşkarlanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda tədqiqat işləri aparılıb, onun 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilib. Məzarlığın ümumi sahəsi 514 kvadrat metrdir. Onun 494 kvadrat metr sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kvadrat metr sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Arxeoloji qazıntılar nəticəsində qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx aşkar edilib. Mövcud məzarlıqda 600 dinc insan kəsici və küt alətlərlə öldürülərək basdırılmışlar. ümumilikdə isə, S.Şaumyanın başçılığı ilə 1918-ci ildə Qubada 36 min dinc insan vəhşicəsinə qətlə yetirilib, 122 kənd tamamilə dağıdılıb. Ermənilər hər il aprelin 24-də uydurma “soyqırımı”nı qeyd edirlər. Amma bu fakt göstərir ki, digər xalqlara qarşı soyqırımı törədənlər məhz ermənilərdir”.
O da qeyd olunub ki, bu həqiqətlərin dünyada tanınması üçün dövlət səviyyəsində işlər aparılır. Hazırda məzarlığın ərazisində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Soyqırımı memorial kompleksi” inşa olunur. Daha sonra isə məzarlıqda soyqırımı muzeyi yaradılacaq.
Əcnəbi tələbələr qarşısında çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov vurğulayıb ki, hazırda Ermənistan uydurma “soyqırımı”nı dünyada tanıtmağa çalışır. Onun sözlərinə görə, Quba məzarlığını ziyarət etməklə xarici ölkə vətəndaşları olan tələbələr ermənilər tərəfindən insanlığa qarşı cinayətin törədildiyinin şahidi olurlar. “Bizim istəyimiz ondan ibarətdir ki, bu gənclər əsl həqiqətləri öz imkanları daxilində ölkələrində yaysınlar. Bunun üçün sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək mümkündür”-deyə, S.Orucov vurğulayıb.
S.Orucov qeyd edib ki, Quba məzarlığı, Xocalı qətliamı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımını təsdiq edən əyani sübutdur. Bu sübutların olduğu halda ermənilərin guya özlərinə qarşı “soyqırımı”nın törədilməsini iddia etmələrinin heç bir əsası yoxdur. S.Orucov bildirib ki, dünyada hələ də uydurma “erməni soyqırımı”nın təbliğatı aparılır. Onun sözlərinə görə, bəzi dövlətlərin bu qondarma hadisəni tanıması təəssüf doğurur. “Ermənistanın həqiqi xislətinin dünyaya tanıdılması üçün Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərir. Bu fəaliyyət sistemli, ardıcıl şəkildə davam etdirilməlidir. Son illər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər ciddi nəticələr verməkdədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması prosesində öz bəhrələrini verməkdədir. Təbii ki, Azərbaycan gəncliyi olaraq bizlər ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Bu gün informasiya texnologiyaları yüksək səviyyədə inkişaf edib və onun imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün gücümüzü səfərbər etməliyik” - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.
çıxışlarda qeyd edilib ki, Quba məzarlığında yaradılacaq kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları haqqında həqiqətlərin beynəlxalq birliyə çatdırılması üçün xüsusi əhəmiyyətə malikdir. ümumiyyətlə, Quba məzarlığı erməni vəhşiliyini, insanlığa qarşı cinayətləri əks etdirən əyani faktdır. Bu gün Azərbaycan dövləti daha da güclənir və görülən bütün bu işlər əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov da bu məzarlığın erməni vəhşiliyinin bariz nümunəsi olduğunu bildirib: “İnsanlığa qarşı bu cür qəddarlığa başqa bir yerdə rast gəlmək mümkün deyil. Bu faktlara yalnız ermənilərin faşist əməllərində rast gəlmək olar. Fikrimcə, əcnəbi tələbələr ermənilərin vəhşilikləri barədə həqiqətləri öz ölkələrinə çatdıracaqlar”.
YAP Quba rayon təşkilatı Gənclər Birliyinin sədri Qərinə Əliyeva isə bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb: “Bu məzarlıqda azərbaycanlılarla bərabər Qubada kompakt halda yaşayan ləzgilər, yəhudilər, tatlar, avarlar və s. etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıblar. Dünya ictimaiyyəti yalançı “erməni soyqırımını” tanımaqdansa, əsl həqiqətləri qəbul etməlidir”.
YAP Gənclər Birliyinin mərkəzi ofisinin təşkilati işlər üzrə koordinatoru Vüsalə Niftəliyeva isə qeyd edib ki, XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər: “Erməni faşistləri on minlərlə dinc əhalini - qadını, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək yandırıb viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdıb və yandırıblar. Dünya birliyi bu faktlara münasibət bildirməlidir. Hesab edirik ki, ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşları bu məzarlığı ziyarət etməklə öz dövlətlərində bu hadisəni təbliğ edəcəklər”.
Quba məzarlığı ilə tanış olan xarici ölkə vətəndaşları olan tələbələr də gördükləri mənzərədən təsirləndiklərini bildirib və bu haqda məlumatları sosial şəbəkələr vasitəsilə öz ölkələrində paylaşacaqlarını vurğulayıblar. “Quba məzarlığını həyəcansız müşahidə etməmək olmur. Burada insanlığa, bəşəriyyətə qarşı cinayətin izləri var”. Bu fikirləri Azərbaycan Texniki Universitetində təhsil alan Türkiyə vətəndaşı Hasan Derinöz deyib. O, bildirib ki, bu fakt erməni vəhşiliyinin əyani göstəricisidir. Onun sözlərinə görə, beynəlxalq birlik bu hadisəyə laqeyd yanaşmamalıdır. “2015-ci ildə ermənilər uydurma “soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır. Biz isə erməni vəhşiliyini əks etdirən belə sübutların dəyərini bilməli, bunu dünyada tanıtmaq üçün işlərimizi gücləndirməliyik. İmkan verməməliyik ki, ermənilər yalançı bir hadisənin 100 illiyini qeyd etsinlər” - deyə, türkiyəli tələbə qeyd edib.
Bakı Slavyan Universitetində (BSU) təhsil alan Pakistan vətəndaşı Dilavar Xan gördüyü mənzərinin insanlığa qarşı cinayət olduğunu bildirib: “Gördüyüm mənzərə çox dəhşətlidir. Bu bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir”.
Cənubi Koreya vətəndaşı Ron Jieun isə deyib ki, müasir dünya bu cür qəddarlığı qəbul etmir: “Əlbəttə, dinc insanların belə qəddarlıqla öldürülməsi məni çox təsirləndirir. Günahsız insanların qətlə yetirilməsinə qiymət verilməlidir. Mən bu məzarlıqda xeyli fotolar çəkmişəm və onları sosial şəbəkələr vasitəsilə yayacağam”.
Bakı Dövlət Universitetində (BDU) təhsil alan Nigeriya vətəndaşı Stanley King də gördüyü mənzərədən təsirləndiyini bildirib: “Dinc insanların amansızlıqla qətlə yetirilməsi sivil dünya üçün qəbuledilməzdir. Tarixdə baş verən bu hadisə qiymətini almalıdır. Dünyanın nüfuzlu təşkilatları bu məzarlıqla tanış olmalı, tədqiqatlar aparmalı və faktları beynəlxalq ictimaiyyətə açıqlamalıdır. Əgər laqeydlik varsa, belə cinayətlərin davamı bundan sonra da ola bilər. Mən də məzarlıqdan fotolar çəkmişəm. Bu şəkillər haqqında məlumatları həm ölkəmdə, həm də dünyadakı dostlarımla bölüşəcəyəm”.
Qeyd edək ki, əcnəbi tələbələrə YAP Gənclər Birliyi tərəfindən Quba məzarlığı ilə bağlı məlumatları əks etdirən və ingilis dilində hazırlanmış bukletlər də paylanıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

