Xocalı soyqırımı qurbanlarının qisası alındı
26.02.2024 [17:07]
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 32 il ötür. Hər il xalqımız bu faciəni böyük kədər hissi ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Artıq dörd ildir ki, Xocalı soyqırımının ildönümü fərqli şəkildə anılır. Çünki 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan olan torpaqlarımız tarixi sahibinə qovuşub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan silahlı birləşmələri diz çökdü. Xocalı soyqırımı qurbanlarının, həmçinin bütün şəhidlərimizin qisası alındı.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı.
Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə ucaltdı. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri sırasında Xocalı və Xankəndinin də yer alması hər birimizi qürurlandırır.
Təbii ki, bu gün bu qüruru yaşamaqla yanaşı, həqiqətlərimizin təbliği istiqamətində səylərimizi də artırırıq. Ermənilərin tarixin ayrı-ayrı dövrlərində himayədarlarının dəstəyi ilə törətdikləri soyqırımı və deportasiya siyasətini əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq hər zaman qarşımızda dayanan əsas vəzifələrdəndir.
Reallıq budur ki, Xocalı faciəsi erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kuliminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ümummilli Lider 1997-ci ildə hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanlar imzalayıb. Son 20 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları davamlılığı ilə diqqətdədir. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın 2008-ci ildə irəli sürdüyü “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın mühüm rolu olub.
Dövlətimizin Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində apardığı sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 30-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qətiyyətlə pisləyiblər.
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən addımları hər zaman dünyaya çağırışdır. O çağırış ki, ikili standartlara əsaslanan siyasətə son qoyub hadisələri məhz beynəlxalq hüquq çərçivəsində dəyərləndirmək zamanıdır.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

