Qazaxda Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edildi
29.03.2024 [15:40]
29 mart 2024-cü il tarixində YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə və Bağanıs Ayrım qətliamının 34-cü ildönümünə həsr olunmuş “Tarixi yaddaşımızdan heç vaxt silinməyəcək günlər” mövzusunda tədbiri keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Qazax Şəhidlər Xiyabanında oldular və Abidə Kompleksinin önünə tər çiçək dəstələri düzdülər. Ziyarət zamanı müqəddəs şəhidlərimizin ruhuna dualar da oxundu.
YAP Qazax rayon təşkilatının iclas zalında keçirilən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Anar Nəbiyev açdı. Ümummilli Lider Heydər Əliyevin, müqəddəs şəhidlərimizin, soyqırımı və Bağanıs Ayrım qətliamı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək bildirdi ki, artıq 26 ildir ölkəmizdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. Bununla əlaqədar olaraq ölkə ərazisində silsilə tədbirlər keçirilir. Uzun illər boyu xalqımıza qarşı yeridilmiş bu soyqırımı siyasəti barəsində əsl həqiqətlər isə yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra mümkün oldu.
Ulu Öndərimizin apardığı məqsədyönlü siyasət sayəsində bu soyqırımı dünya ictimaiyyətinə çatdırıldı. Rayon təşkilatının sədri əsrlər boyu mənfur qonşular tərəfindən xalqımıza qarşı törədilən faciələrdən, soyqırımlardan və qətliamlardan da bəhs edərək, 1990-cı il mart ayının 24-də törədilən, Ermənistanın işğal siyasətinin ilk qurbanı olan Qazax rayonunun Bağanıs Ayrım kəndində baş verən qətliamdan da ətraflı danışdı. Çıxışının sonunda A.Nəbiyev Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında yaxın günlərdə xalqımızın yeni-yeni hədəflərinə də çatacağını böyük əminliklə qeyd etdi.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək, xalqımızın başına gətirilən faciələrdən, soyqırımlardan ətraflı danışdı. O, qeyd etdi ki, bədnam ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələri heç zaman unutmayan müdrik xalqımız Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr tarixində keçirilən birgünlük antiterror əməliyyatlarında bütün şəhidlərimizin, faciə, soyqırımı qurbanlarının qisasını arıqlaması ilə aldı, onların qanı yerdə qalmadı. Sonda G.Həsənova çox yaxın günlərdə keçmiş köçkünlərimizin də işğal altında olan 8 kəndimizə qayıdacaqlarına böyük əminliyini bildirdi və bu günün çox yaxında olduğunu xüsusi vurğuladı.
Tədbirdə Bağanıs Ayrım kənd sakinləri, qətliamın canlı şahidləri Səməd Ocaqverdiyev, İlham Məhərrəmov da çıxış etdilər. Kənd sakinləri 34 il bundan əvvəl yaşanan dəhşətli faciədən, Bağanıs Ayrım qətliamının bilavasitə, Xocalı faciəsinin başlanğıcı olduğundan ətraflı danışdılar. Natiqlər vurğuladılar ki, bu gün çox nikbindirlər, sabaha böyük ümidlərlə baxırlar və əmindirlər ki, çox yaxın günlərdə öz doğma yurd-yuvalarına qayıdacaqlar.
Tədbirin sonunda partiya veteranları, şair Cavanşir Rüstəm və Kazım Kazımlı soyqırımı qurbanlarına və şəhidlərə həsr etdikləri şeirlərini səsləndirdilər.
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

