Hamburqda Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu keçiriləcək

İyun ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Hamburq şəhərində Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.

Tədbirdə Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və mütəxəssislərlə yanaşı, Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqat mərkəzlərinin təmsilçilərinin də iştirakı nəzərdə tutulur.