23 iyun 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi şöbəsinin bir qrup tələbəsi rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüblər. Tələbələr təhsil aldıqları müddətdə universitetdə yaradılmış şəraitə, şəffaflığa görə rektora dərin təşəkkürlərini bildiriblər. Professor İbrahim Cəfərov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bundan sonra da universitetin inkişafı üçün daha təsirli addımların atılacağını bildirib.