Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək

2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 6-dan həyata keçirilən elektron qəbul prosesi sentyabrın 3-də yekunlaşıb.

Qəbul prosesi çərçivəsində 124 mindən çox uşağın I sinfə qəbulu tamamlanıb.

Qeyd edək ki, I sinfə elektron qəbul prosesi müvafiq elektron sistem vasitəsilə həyata keçirilib və valideynlərə övladlarının ümumi təhsil müəssisələrinə qəbulunu elektron formada həyata keçirmək imkanı yaradılıb.