İSESCO Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarmaq səylərini dəstəkləyir. AzərTAc xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
İSESCO-nun baş direktoru vurğulayıb ki, bu işğal beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir.
İSESCO-nun Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu qeyd edən qonaq deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə sülhün və sabitliyin bərqərar olunmasına xidmət edəcəkdir. Azərbaycan torpaqlarının işğalına son qoyulmalıdır”.
Xankəndi aeroportunun istismara verilməsi məsələsinə də münasibət bildirən əl-Tüveycri vurğulayıb ki, İSESCO qəti şəkildə bunu pisləyir. Ermənistanın etdikləri əsl ağılsızlıqdır.