Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə bəzi məktəblərdə tədris onlayn təşkil ediləcək

2026-cı ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.