Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Litva Respublikasının Baş naziri Andrius Kubiliusu qəbul edib.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub, əməkdaşlığımızın daha da möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.