Əli Əhmədov Böyük Britaniya diplomatını qəbul edib

Əli Əhmədov Böyük Britaniya diplomatını qəbul edib
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Siyasi məsələlər üzrə II katibi və ülyahəzrətin konsulu xanım Katrin Klevi partiyanın mənzil-qərargahında qəbul edib.
Görüşdə dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsəd və vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.