Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Belarus Respublikasının Milli Dövlət Teleradio Şirkətinin müxbirinə müsahibə verib. Dövlətimizin başçısı Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işlər, Azərbaycan-Belarus iqtisadi əlaqələri, ölkəmizin qeyri-neft sektorunda əldə etdiyi uğurlar və digər məsələlərlə bağlı suallara cavab verib.