Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibə verib

Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibə verib
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Brüsseldə “Euronews” telekanalına müsahibə verib.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb.