Prezident İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul edib

Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Bilge Cankoreli qəbul edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlığın müxtəlif istiqamətlərinə dair ATƏT-in Bakı ofisinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə Bilge Cankoreli təbrik edib və fəaliyyətində ona uğurlar arzulayıb. Bilge Cankorel Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.