Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb

Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarəetməni itirərək "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində aşırıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.

Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.