Qubada yük maşını dərəyə aşıb, yaralanan var

Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "QAZEL" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.