Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Yaşar Güler Azərbaycan müdafiə nazirinin müavinini qəbul edib

Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyevi qəbul edib.

Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, şənbə günü, yanvarın 25-də keçirilən görüşdə Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu iştirak edib.