Aliyə Qarayeva ikinci olub

Byella şəhərində bədii gimnastika üzrə İtaliya çempionatının final mərhələsi başa çatıb. Yarışlarda Azərbaycan gimnastları Anna Qurbanova və Aliyə Qarayeva da iştirak ediblər. Anna Qurbanovanın çıxış etdiyi “Komense” klubu A1 seriyalı əsas turnirdə mübarizə aparıb. Annanın halqa ilə ifa etdiyi kompozisiyanı hakimlər 25,250 balla qiymətləndiriblər. “Komense” klubu 46 xalla 8-ci yeri tutub.
Aliyə Qarayevanın iştirak etdiyi “Ardor” komandası A2 seriyasında yarışlarda 62 xal toplayaraq 5-ci yerə çıxıb. Aliyə Qarayeva iplə hərəkətlərdə 26 bal toplayıb və gimnastlar arasında yarışda ikinci yeri tutub.