Çimərlik voleybolu üzrə qadın və kişilərdən ibarət Azərbaycan yığma komandaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, reytinq xalları qazandıracaq yarış 11-16 avqust tarixlərində Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Yarışda Azərbaycan bir qadın (Səbinə Əlizadə/Leyla Əliyeva) və bir kişi (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.